Mobil versiya
Navalnı 2 gün əvvəl həyat yoldaşını belə TƏBRİK ETMİŞDİ...
Tarix: 16-02-2024 | Saat: 17:13
Bölmə:Dünya | çapa göndər

Navalnı 2 gün əvvəl həyat yoldaşını belə

Bu gün həbsdə müəmmalı şəraitdə vəfat edən rusiyalı siyasətçi Aleksey Navalnının 2 gün əvvəl - 14 fevraldakı "Sevgililər Günü"ndə həyat yoldaşı Yuliya Navalnıya göndərdiyi təbrik sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

aia.az xəbər verir ki, təbrik Navalnının rəsmi X səhifəsində dərc olunmuşdu.

"Hər şey səninlə mahnıdakı kimidir: aramızda şəhərlər, aerodromların uçuş işıqları, mavi qar fırtınası və minlərlə kilometr var. Amma hiss edirəm ki, hər saniyə yaxınsan və səni daha çox sevirəm", - deyə qeyd olunub.

Xatırladaq ki, 1998-ci ilin yayında Türkiyədə tətildə olarkən Yuliya həmyaşıdı olan hüquqşünas Aleksey Navalnı ilə tanış olub. 2000-ci ildə onlar evləniblər. Cütlüyün iki uşağı - qızı Daria (2001) və oğlu Zaxar (2008) olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025