Ana Sayfa > Dünya > Navalnı 2 gün əvvəl həyat yoldaşını belə
Navalnı 2 gün əvvəl həyat yoldaşını belə16-02-2024, 17:13. Yazar: sevinc1 |
![]() Bu gün həbsdə müəmmalı şəraitdə vəfat edən rusiyalı siyasətçi Aleksey Navalnının 2 gün əvvəl - 14 fevraldakı "Sevgililər Günü"ndə həyat yoldaşı Yuliya Navalnıya göndərdiyi təbrik sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. aia.az xəbər verir ki, təbrik Navalnının rəsmi X səhifəsində dərc olunmuşdu. "Hər şey səninlə mahnıdakı kimidir: aramızda şəhərlər, aerodromların uçuş işıqları, mavi qar fırtınası və minlərlə kilometr var. Amma hiss edirəm ki, hər saniyə yaxınsan və səni daha çox sevirəm", - deyə qeyd olunub. Xatırladaq ki, 1998-ci ilin yayında Türkiyədə tətildə olarkən Yuliya həmyaşıdı olan hüquqşünas Aleksey Navalnı ilə tanış olub. 2000-ci ildə onlar evləniblər. Cütlüyün iki uşağı - qızı Daria (2001) və oğlu Zaxar (2008) olub. aia.az Geri dön |