Mobil versiya
NATO-nun Rusiya planı, döyüş nöqtəsi Suwalki keçidi!
Tarix: 16-02-2024 | Saat: 13:33
Bölmə:Özəl | çapa göndər

NATO-nun Rusiya planı, döyüş nöqtəsi Suwalki keçidi!

Avropanın müdafiə nazirləri tez-tez “Rusiya ilə müharibəyə hazır olmalıyıq” xəbərdarlığı etsə də, NATO-nun mümkün münaqişəyə necə hazırlaşdığı ilə bağlı təfərrüatlar ortaya çıxıb. Baltikyanı ölkələrdə səngərlər quran NATO Rusiyanı Suvalki dəhlizində artilleriya mərmiləri ilə qarşılamağı planlaşdırır.Avropa ölkələrinin müdafiə və xarici işlər nazirləri, eləcə də NATO-nun baş katibi Yens Stoltenberq son zamanlar qitənin Rusiya ilə müharibəyə hazır olması barədə xəbərdarlıqları ilə diqqət çəkib. ABŞ Müdafiə Nazirliyindən əldə edilən məlumata görə, NATO Rusiyanın alyansa qarşı ilk hücumunu Baltikyanı ölkələr üzərindən həyata keçirəcəyini düşünür. Strategiyaya uyğun olaraq Baltikyanı ölkələrin şərq sərhədlərində 600 sığınacaq xəndəyi tikilərkən, NATO mümkün müharibədə ilk əks hərəkəti Suwalki dəhlizindən etməyi planlaşdırır.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2025