Seymur Qədəşov : “Azərbaycan xalqı öz tarixi seçimini bir daha təsdiqlədi”
Tarix: 15-02-2024 | Saat: 10:30
Bölmə:Özəl | çapa göndər
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bu günə qədər ölkəmizin dövlətçilik əsaslarının möhkəmlənməsini, müasir müstəqil Azərbaycanın tərəqqisini təmin etməklə, sadəcə Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını davam etdirməmişdir. Möhtərəm dövlət başçımız eyni zamanda bu strategiyanı, eləcə də Ulu Öndərimizin əsasını qoyduğu daxili və xarici siyasət kursunu yeni dövrün, müasir çağırışların mövcudluğu şəraitində öz xalqının maraqlarına daha yüksək səmərəliliklə xidmət edəcək konseptdə inkişaf etdirmiş, müasirləşdirmişdir. Nəticə olaraq Azərbaycan dünyada yüksək nüfuza malik olan ölkəyə, ən inkişaf etmiş dövlətlərin belə əməkdaşlığa maraqlı olduqları etibarlı tərəfdaşa, dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı kimi nəhəng beynəlxalq siyasi təşkilata rəhbərlik etmək iqtidarında olan dövlətə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Bütün bunlar Azərbaycan xalqının öz ölkələrinin vətəndaşı olmaqdan duyduqları qürur hissini daha da yüksəltdi. Bu il fevralın 7-də keçirilmiş seçkilərdə xalq bir daha öz iradəsini ifadə edərək, öz gələcəyini yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə qurmaq istəyini və buna heç bir alternativ olmadığını bütün dünyaya bəyan etdi.”
Bu sözləri ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı öz fikirlərini paylaşan Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Şabran rayon komitəsinin sədri Seymur Qədəşov aia.az-a verdiyi açıqlamasında deyib.
Müsahibimiz fikirlərini davam etdirərək bildirib ki, ölkəmizin son iyirmi ildə keçdiyi möhtəşəm inkişaf yolu, həmin dövr ərzində qarşıya qoyulmuş bütün vəzifələrin yüksək effektivliklə yerinə yetirilməsi və əldə olunmuş mükəmməl nəticələr ilk növbədə Azərbaycan xalqının 2003-cü ildə öz taleyini etibar edəcəyi Lideri düzgün müəyyənləşdirdiyinin tarixi sübutudur: “Bu gün yenidən qurulan dünya düzəni, sürətlə dəyişən qlobal çağırışlar fonunda planetimizin istənilən bir guşəsində yerləşən hər hansı bir ölkənin milli maraqlarını yalnız əsl siyasi lider keyfiyyətlərini özündə cəmləşdirə bilmiş dövlət başçısı qoruya bilər. Məhz bu baxımdan da hazırda Azərbaycanı sadəcə Cənubi Qafqazın lider ölkəsinə deyil, ümumilikdə Avrasiya məkanında gedən geo-siyasi proseslərə real təsir imkanlarına malik olan nüfuzlu ölkəyə çevirmiş cənab Prezident İlham Əliyev həqiqətən də Azərbaycan xalqının və dövlətinin rəqibi olmayan siyasi lideridir. Hazırda Azərbaycan Avropa İttifaqının etibarlı enerji təchizatçısı olmaqla bu qitənin enerji təhlükəsizliyində aparıcı rollardan birinə sahibdir. Möhtərəm dövlət başçımızın yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırmaqdadır. Regional təşəbbüslər ölkəmizin möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ən böyük tarixi nailiyyət 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və ötən il ölkəmizin bütün ərazisində tam suverenliyinin bərpa edilməsi oldu. Bu parlaq tarixi Qələbələrin nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan artıq özünü bütün dünyaya tam fərqli bir obrazda – Qalib ölkə, güclü iqtisadiyyata və hərbi potensilala malik olan qüdrətli dövlət kimi təqdim etdi. Məhz bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində güclü və iradəli Lider faktoru həlledici və əvəzolunmaz rol oynamışdır. Əlbəttə ki, Azərbaycan xalqı əldə olunmuş nailiyyətlərin növbəti illərdə daha da möhkəmləndirilməsinin, yaranmış yeni tarixi imkanlardan maksimum yararlanmağın təmin olunmasının, ölkənin yüksələn xətlə inkişafının davam etdirilməsinin qarşıda duran mühüm və heç də asan olmayan vəzifələr olduğunu yaxşı bilir. Bu vəzifələrin uğurlu icrası yenə də effektiv iş görmək bacarığı, dərin zəka, siyasi iradə, uzaqgörənlik və müdriklik kimi keyfiyyətlərə sahib olan Liderin öndə olmasını tələb edir. Məhz buna görə də 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı heç bir tərəddüd etmədən öz səsini Qalib Liderinə verdi. Əlbəttə ki, bu, xalqın və dövlətin gələcək taleyi ilə bağlı atılmış tarixi əhəmiyyət kəsb edən addımdır və bu addım Azərbaycanı yeni Zəfərlərə doğru aparan yolda atılıb” – deyə, Seymur Qədəşov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər