Mobil versiya
"Bir milyon borcu var, 5 milyonluq əmlakı üzərinə həbs qoyulur" - Fazil Mustafa
Tarix: 16-02-2024 | Saat: 11:58
Bölmə:Gündəm | çapa göndər

"Bir milyon borcu var, 5 milyonluq əmlakı üzərinə həbs qoyulur" -

"Bu məhkəmənin işini asanlaşdıracaq dəyişiklikdir. Müsbət qiymətləndirmək olar. Amma bu həm də özü ilə müəyyən problemlər yaradacaq dəyişikliklərdir. Əmlak hələ tam mənada mülkiyyət mənasına gəlmir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Mülki Prosessual Məcəlləyə dəyişikliyin müzakirəsi zamanı deyib. O bildirib ki, borclunun əmlakı üzərinə həbs qoyulması məsələsində borca adekvat əmlak sözünü bura yazmalıyıq:

"Məsələn, adamın 1 milyon borcu var, onun 5 milyonluq əmlakı üzərində həbs qoyulur. Bu adekvat olmur. Sabah bunun haqsız, ədalətsiz qərar ola biləcəyi üzə çıxa bilər. Bu, gələcəkdə hansısa borclunun hüquqlarının pozulması üçün zəmin yarada bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025