Mobil versiya
Qlobal neft tədarükü yanvar ayında kəskin azalıb
Tarix: 15-02-2024 | Saat: 19:45
Bölmə:Özəl | çapa göndər

Qlobal neft tədarükü yanvar ayında kəskin azalıb

2024-cü ilin yanvar ayında dünya qlobal neft tədarükünün kəskin azalmasını qeydə aldı. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. BEA-nın məlumatına görə, onlar sutkada 1,4 milyon barel azalaraq 101,45 milyon barel təşkil edib.

Səbəblər arasında BEA analitikləri Şimali Amerikadakı əlverişsiz hava şəraitini qeyd edirlər. Şiddətli soyuqlar səbəbindən orada hasilatda fasilələr yaranıb və o, ABŞ-da sutkada 540 min barel, Kanadada isə 360 min barel azalıb.

Digər amil OPEC+ ölkələrinin saziş çərçivəsində hasilatı azaltması olub. Bu, qlobal tədarükdən gündə 300 min barel itkiyə səbəb oldu. Bundan əlavə, vəziyyətə neftin tranzitini çətinləşdirən Qırmızı dənizdəki gərginlik də təsir edib.Eyni zamanda, BEA qeyd edir ki, Rusiya yanvarda neft ixracını dekabr ayı səviyyəsində - sutkada 7,7 milyon barel səviyyəsində saxlaya bilib. Rusiya şirkətlərinin gəlirləri hətta 1,4% artaraq 15,7 milyard dollara çatıb.

Bundan əvvəl məlum olub ki, G7 tankerlərin kölgə donanmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025