Akademik ARiF PAŞAYEViN elm sahəsindəki çoxsaylı uğurları və alimə doğum günü təbriki
Tarix: 15-02-2024 | Saat: 18:45
Bölmə:Özəl | çapa göndər
Memari Ulu Öndər Heydər Əliyev olan müstəqil,çiçəklənən Azərbaycanin bir ziyalisi haqqinda yazmaq,onun keçdiyi həyat yoluna və elm sahəsində əldə etdiyi butun uğurlara nəzər yetirmək,Azərbaycanin elminə verdiyi töhvələri işiqlandırmaq çətin və məsuliyyətlidir. Haqqımda yazmaq məsuliyyətini uzərimə göturduyum Akademik Arif Mircəlal oğlu Paşayev Azərbaycanın belə alimlərindəndir.Akademik haqqında araşdırmalarım məni bu qənayətə gətirdi ki, Arif Paşayev keçdiyi şərəfli həyat yolu,elm sahəsində əldə etdiyi uğurlarla və nümunəvi ailə başçısı olaraq Azərbaycan gəncliyinə,ümumiyyətlə həyat təcrübəsi ilə qazanılmış səbr və təmkini,proseslərə münasibəti zyalılıq üçün nümunədir.Azərbaycanda elmin,təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004 ci il fevral ayının 15 də vətənimizin daha bir yüksək mükafatına, “Şöhrət” ordeninə layiq görülmüşdür.Akademik A.Paşayev 300-ə yaxın elmi əsərin,15 artıq kitabın və monoqrafiyanın müəllifidir.Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış,medallar və diplomlarla təltif olunmuşdur.Bundan əlavə Arif Paşayev Azərbaycan Respublikasını Dövlət mükafatına, fizika sahəsindəki yüksək nəaliyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına,akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. “VEKTOR”- Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş,“XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.Bundan əlavə,A.Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının,Tbilisi Texniki Universitetində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri,Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.A.Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır.Akademik A.Paşayevin rəhbərliyi altında 10 –dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir.O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi,Rusiyada,Ukrainada,Latviyada,Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir-çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.A.Paşayev 1971 ci ildən 1996 cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” labaratoriyasına rəhbərlik etmişdir.Bu müddət ərzində O, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmişdir.Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.Arif müəllim 1996 cı ildən bu günədək “Azərbaycan Hava Yolları Dövlət Konserni Milli Aviasiya Akademiyası”nın rektorudur.Onun rəhbərliyi ilə akademiyada tədris prosesi,elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir.Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada iqtisadiyyat və hüquq Avianəqliyyat istesalatı “İxtisasartırma” kimi kafedra və yeni ixtisaslar açılmışdır.Burada ilk dəfə azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır.Akademiyanın ərazisində yeni tədris körpüsü,müasir tələblərə cavab verən idman kompleksi,tələbə yataqxanası,mehmanxana və sairə binalar inşa edilmişdir.Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin,pilotsuz uçan aparatların,minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların,radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və sairə yönəldilmişdir.Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan,dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin müntəzəm şəkildə apardığı islahatlar,təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti,Akademiyada sağlam elmi-pedoqoji mühitin yaradılması,yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.Eyni zamanda professor Arif müəllim ölkəmizdə kosmik məsələlər üzrə şuranın sədridir.Arif müəllim böyük elmi-praktiki potensiala sahib olmaqla yanaşı,çox yüksək vətənpərvərlik həmçinin vətəndaşlıq hissləri ilə yaşayıb,yaradan,Respublika əhəmiyyətli işlərdə,xüsusən ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən alimdir.Azərbaycanda böyük təhsil ocağı,Aviasiya akademiyasının rəhbəri olaraq Arif müəllim gənc nəslin təlim-tərbiyə işlərində,onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunaraq,böyüməsində böyük rol oynamış və qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,şanlı Ordumuzun şücayəti ilə qədirbilən Xalqımızın 30 illik torpaq həsrətinə son qoymuşdur.Buna əyani misal olaraq 44 günlük “Vətən müharibəsi”ndə xalqımızın və Dövlətimizin başını dik tutan Şəhid və Qazi olmuş gənclərimizin yetişməsini göstərərdim.Bu həmçinin ölkəmizdə aparılan uğurlu gənclər siysətinin tərkib hissəsidir.Alim,Arif Paşayevin prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edirik.Akademik Arif Paşayev haqqındakı araşdırmalarımla hazırladığım bu yazı onun Azərbaycan elminin inkişafı üçün verdiyi töhvələrin kiçik bir hissəsidir. Akademikin nümunəvi bir ailə başçısı olmasını xüsusi vurğulayıram.Belə ki,buna bütün Azərbaycan və dünya şahiddir.Akademikin böyük övladı,Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva haqqında fikrimi belə ifadə edərdim,Mehriban xanım Azərbaycan xalqını,onun mədəniyyətini,təhsilini və ölkədə bütün sahələrdəki inkişafı ölkə Prezidenti İlham Əliyev ilə çiyin-çiyinə təmin edir və bu inkişafı olduğu kimi bütün dünyaya tanıdır.Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan üçün daha böyük işlər görmək iqtidarındadır və bu işləri görəcəkdir!O, artıq bunu sübut etmişdir.Bir daha akademik Arif müəllimə yaşının üzərinə gələn illəri öz yaradıcılıq imkanlarının dahada yüksəlişi ilə qarşılamağını,xalqımızın səadəti,elmin daha da çiçəklənməsi naminə böyük uğurlar,ixtiralar əldə etməyini və bu il 90 ci doğum ili, yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirik,can-sağlığı və uzun ömür arzu edirik.
Yeni Azərbaycan Partiyası,Saatlı rayonu 15 saylı Ərazi ilk partiya təşkilatının sədri Vüqar Məmmədov.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər