Mobil versiya
İsveç məhkəməsi Quranı təhqir edən iraqlının ölkədən çıxarılmasına qərar verib
Tarix: 09-02-2024 | Saat: 13:45
Bölmə:Özəl | çapa göndər

İsveç məhkəməsi Quranı təhqir edən iraqlının ölkədən çıxarılmasına qərar verib

İsveçin Miqrasiya Məhkəməsi keçən il Stokholmda Qurani-Kərimin nüsxələrini təhqir edən iraqlının deportasiyasına qərar verib.

37 yaşlı iraqlı mühacir Salvan Momika 2023-cü ilin iyun ayında Stokholmun ən böyük məscidinin qarşısında bir neçə səhifəni yandırmazdan əvvəl Quranı tapdalayıb.

Hadisə Qurban bayramının başlaması və Məkkəyə illik həcc ziyarətinin bitməsi ilə eyni vaxta təsadüf edib. Bu, bütün dünya müsəlmanlarının qəzəbinə səbəb oldu.

Çərşənbə günü yerli media İsveç məhkəməsinin Momikanın deportasiya ediləcəyini təsdiqlədiyini bildirib.

Türkiyənin dövlət xəbər agentliyi Anadolu İsveçin TV4 telekanalına istinadən xəbər verir ki, immiqrasiya orqanları ötən oktyabr ayında onun yaşayış icazəsini uzatmaqdan imtina ediblər, lakin onun ölkədən çıxması ilə bağlı əmr təhlükəsizlik səbəbi ilə təxirə salınıb.

Momikaya qarşı məhkəmə qərarı onun sığınacaq ərizəsində yalan məlumat verdiyi müəyyən edildikdən sonra verilib.

Momikanın iyrənc hərəkətini törətdikdən bir neçə gün sonra İraqın xarici işlər naziri Fuad Hüseyn isveçli həmkarı Tobias Billstromdan iraqlı qürbətçinin ərəb ölkəsinin qanunlarına uyğun olaraq mühakimə oluna bilməsi üçün ekstradisiyasını istəyib.

Xristian olan Momika ilkin olaraq 2021-ci ildə yaşayış icazəsi alıb və o vaxtdan bəri İsveçdə bir neçə dəfə Qurani-Kərimi açıq şəkildə təhqir etməsi ilə məşhurlaşıb.

İraq vətəndaşı ağır cinayət törətdiyi üçün artıq beynəlxalq müdafiə hüququna malik deyil.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024