Təbiət: Xüsusi insan immun hüceyrə fermenti depressiya ilə əlaqəli ola bilər
Tarix: 09-02-2024 | Saat: 13:34
Bölmə:Özəl | çapa göndər
ABŞ-ın Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları insan orqanizmindəki monositlər adlanan immun hüceyrələrinin ifraz olunduğu zaman depressiyanın inkişafına təkan verə biləcək bir ferment ifraz edə bildiyini aşkar ediblər. Onlar nəticələri Nature jurnalında paylaşıblar.Elmi ictimaiyyətdə depressiyanın müxtəlif amillərin, o cümlədən bioloji amillərin birləşməsi nəticəsində baş verməsi ümumiyyətlə qəbul edilir. Tədqiqatda komanda diqqəti insanın immun sisteminin sinir sisteminə təsiri əsasında bu pozğunluğun inkişafı üçün yeni mexanizmin müəyyən edilməsinə yönəldib. İnsanların və siçanların qanının müqayisəli növlər arası təhlili göstərdi ki, əsas depressiv pozğunluğu olan subyektlərdə MMP8 səviyyəsi artıb. Bu ferment (mürəkkəb zülal birləşməsi) matris metalloproteinaz 8 adlanır.Alimlər həmçinin müəyyən ediblər ki, stress altında olan siçanlarda qan serumunda MMP8 konsentrasiyası da artır. Məlum olub ki, artıq miqdarda MMP8 qan dövranında sümük iliyindəki xüsusi immun hüceyrələri, monositlər tərəfindən istehsal oluna bilər. Alimlər aşkar ediblər ki, MMP8 fermenti zülalları (beyni təşkil edənlər də daxil olmaqla) parçalamaq və neyronların fəaliyyətinə təsir göstərmək qabiliyyətinə malikdir və bununla da insanın davranışını və stimullara reaksiyasını dəyişən mexanizmlər kaskadını işə salır.Onlar qeyri-farmakoloji stressin azaldılmasının (sağlam həyat tərzi seçimlərinin) psixi sağlamlığı yaxşılaşdıra biləcəyini təklif etdilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025
21-01-2025