NYT: Putin ABŞ-ı Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
Tarix: 09-02-2024 | Saat: 13:23
Bölmə:Özəl | çapa göndər
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini Ukraynada xüsusi hərbi əməliyyat keçirməklə bağlı danışıqlara başlamağa çağırıb. Bu barədə cümə günü, fevralın 9-da New York Times qəzeti məlumat yayıb.Qəzet Rusiya liderinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi zamanı belə bir bəyanatla çıxış etdiyinə aydınlıq gətirib. Putin hesab edir ki, münaqişə ölkənin qələbəsi ilə deyil, ABŞ-la razılaşma və Ukrayna qoşunlarının işğal olunmuş əraziləri azad etməsi ilə başa çatacaq.
“Vladimir Putin Taker Karlsonla iki saatlıq müsahibəsində Ukrayna münaqişəsinin sonunu həmişəkindən daha açıq şəkildə qeyd etdi: bu, hərbi qələbə ilə deyil, Qərblə sövdələşmə ilə yekunlaşacaq”, - materialda deyilir.ABŞ-ın artıq bir çox başqa problemləri var, o cümlədən sərhədlər, miqrantlar və milli borc. NYT xəbər verir ki, buna görə də Rusiya ilə danışıqlar və gələcək sövdələşmə mövcud vəziyyət üçün ən yaxşı həll yolu ola bilər.
Cəmi iki saat ərzində amerikalı jurnalist Taker Karlsonun Vladimir Putinlə müsahibəsi internetdə milyonlarla baxış toplayıb. Söhbət uzun və kifayət qədər səmimi oldu. Rusiya liderinin ən diqqətçəkən açıqlamaları “Axşam Moskva”nın materialındadır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025
21-01-2025