UNRWA: Qəzzada 100 min fələstinli ölüb, yaralanıb və ya itkin düşüb
Tarix: 06-02-2024 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyi İsrailin oktyabrın əvvəlində mühasirədə olan Qəzza zolağında amansız müharibəyə başlamasından bəri təxminən 100 min fələstinlinin ya öldürüldüyünü, yaralandığını və ya itkin düşdüyünü açıqlayıb.
UNRWA-nın baş komissarı Philippe Lazzarini X-də etdiyi paylaşımda, "4 aylıq müharibədə Qəzzada təxminən 100.000 adam öldürülüb, yaralanıb və ya hazırda itkin düşüb."
UNRWA rəsmisi bildirib ki, Qəzzanın 2,3 milyon əhalisinin 80 faizindən çoxu, əksəriyyəti bir neçə dəfə köçkün olub.
O, “Qəzzada insanlar naminə” atəşkəsdən daha “fərqli trayektoriyaya” çağırıb.
Euro-Med Human Rights Monitor daha əvvəl bildirmişdi ki, Qəzzada əhalinin təxminən 90 faizi didərgin düşüb.
UNRWA ayrıca qida karvanlarından birinin İsrail artilleriyasının atəşinə tutulduğunu bildirib. Agentlik yük maşınlarının Qəzzanın şimalında aclıqdan əziyyət çəkən fələstinlilərə yardım çatdırdığını bildirib.
UNRWA bildirib ki, təhlükəsizlik şərtlərinə əməl olunmazsa, öz missiyasını yerinə yetirə və humanitar yardım göstərə bilməz.
“Təhlükəsiz və davamlı humanitar yardıma təcili olaraq hər yerdə, o cümlədən Qəzzanın şimalına ehtiyac var”, - UNRWA-nın X.
İsrail soyqırım kampaniyasını davam etdirdiyi üçün Qəzza zolağında fələstinlilər ölüm, dağıntı və köçkünlüklə mübarizə aparmağa davam edir.
UNRWA həmçinin sağlamlıq mərkəzlərindən birinin görüntülərini paylaşıb. “Heç nə qalmayıb. Bu, bizim gözümüzün qarşısında baş verən misli görünməmiş dağıntı və məcburi köçkünlük səviyyəsidir”.
İsrailin bir sutka ərzində atəşə tutması nəticəsində 110-dan çox fələstinli həlak olub. Köçkünlərin əksəriyyətinin sığındığı Deyr əl-Bələh şəhərinin mərkəzi və cənubdakı Xan Yunis şəhəri hücumların mərkəzində olub.
Xan Yunisdəki Amal və Nasser xəstəxanaları hələ də mühasirədədir. İsrailin pilotsuz təyyarələri oradakı sakinləri atəşə tutub.
İsrail 2023-cü il oktyabrın 7-dən Qəzzada 27.500-ə yaxın insanı qətlə yetirib, onların xeyli hissəsi qadın və uşaqlardır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025