Mobil versiya
Mbappenin Real Madridə transferi təhlükə altındadır
Tarix: 06-02-2024 | Saat: 09:53
Bölmə:Özəl | çapa göndər

Mbappenin Real Madridə transferi təhlükə altındadır

PSJ-nin hücumçusu Kilian Mbappenin Real Madridə transferi təhlükə altındadır, The Independent xəbər verir.Mənbənin sözlərinə görə, fransalı hücumçunun karyerasını "Real Madrid"də davam etdirmək qərarına gəldiyinə dair çoxsaylı şayiələr yayılsa da, tərəflər şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirlər. “Real Madrid”in təklifi hələ nə futbolçunu, nə də ətrafını heyran etməyib.

Qeyd olunur ki, "Liverpul" və "Arsenal" Mbappe ətrafında vəziyyəti izləyir, lakin hazırda qəti addım atmağa hazır deyillər.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm Mbappe bütün yarışlarda 28 matçda iştirak edib, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025