Almaniyanın maliyyə naziri Almaniyanın getdikcə yoxsullaşdığını bildirib
Tarix: 06-02-2024 | Saat: 09:14
Bölmə:Özəl | çapa göndər

Lindner Bloomberg-in təşkil etdiyi tədbirdə "İqtisadiyyat naziri deyir ki, biz artıq rəqabətə davamlı deyilik. Maliyyə naziri deyir ki, biz yoxsullaşırıq, çünki iqtisadi inkişafımız yoxdur. Biz geridəyik".
“Əgər təhlili iqtisadiyyat və maliyyə naziri təqdim edərsə, o zaman hökumətin heç bir nəticə çıxarmayacağı mənim üçün ağlasığmazdır”, - o vurğulayıb.
Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Almaniya iqtisadi artımı təmin edə bilmədiyi üçün yoxsullaşır.Lindner İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Almaniya iqtisadiyyatının bu il gözlənilən 0,6% deyil, cəmi 0,3% artacağını göstərən yeni proqnozu dərc etməsindən bir neçə saat sonra danışdı.
Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Ölkənin ÜDM-i 2023-cü ildə əvvəlki illə müqayisədə 0,3% azalıb. Almaniya Federal Statistika İdarəsinin ekspertləri ötən ilin sonunda istehlak qiymətlərinin artması ilə əlaqədar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü qeyd ediblər. KİV-in məlumatına görə, bir çox alman pula qənaət etməyə məcbur olub.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025