Qətərli turistlər üçün İrana viza ləğvi bazar günündən etibarən qüvvəyə minir
Tarix: 05-02-2024 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər

İranın Dohadakı səfiri Əli Salehabadi Qətərli turistlər üçün giriş vizalarının ləğvinin bazar günündən etibarən qüvvəyə mindiyini bildirib.
O, bazar günü deyib: İranın Qətər vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv etməsi, xüsusilə turizm sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır.
Diplomat deyib ki, İran və Qətərin çoxsaylı ortaq cəhətləri və iqtisadi əlaqələri var və əməkdaşlığın daha da genişləndirilməsi iki ölkənin milli maraqlarını təmin edəcək.
İran prezidenti Seyid İbrahim Rəisinin fevral ayında Dohaya səfəri zamanı İran və Qətər 14 əsas iqtisadi əməkdaşlıq sazişi, o cümlədən iki ölkə arasında səyahət edən sərnişinlər üçün viza rejiminin ləğvi ilə bağlı saziş imzalayıb.
Bu arada xarici işlər nazirinin konsulluq, parlament və iranlı mühacirlərlə iş üzrə müavini Əlirza Bigdeli çərşənbə günü bildirib ki, İran 28 ölkədən turistlər üçün viza tələbini ləğv etməyə başlayacaq.
O əlavə edib ki, 28 ölkənin vətəndaşları fevralın 4-dən İrana getmək üçün vizaya ehtiyac duymayacaqlar. Bunun əvəzinə onlar ölkəyə səfər etmək üçün sadəcə bilet ala biləcəklər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025