Mobil versiya
Niyə Microsoft Windows 12-ni buraxmağa tələsmir. İzah tapılıb
Tarix: 05-02-2024 | Saat: 08:58
Bölmə:Özəl | çapa göndər

Niyə Microsoft Windows 12-ni buraxmağa tələsmir. İzah tapılıb

Microsoft Windows 12-ni buraxmağa tələsmir və indi bunun səbəbini bilirik.Sızmalara görə, şirkət bütün diqqətini Windows 11-in yenilənməsinə yönəldib - hətta bu payız üçün böyük bir yeniləmə planlaşdırıb.

Yeni versiya böyük ehtimalla Windows 12 adlanmayacaq. Bu, Microsoft-un Windows 10 və Windows 11-i vahid platforma kimi dəstəkləmək strategiyasını göstərir.

Qeyd edək ki, Microsoft-un Windows 10-a yanaşması yeni idarəetmənin gəlməsi ilə dəyişib. Yalnız Windows 11 və daha yuxarı versiyalar üçün yeni funksiyaların işlənib hazırlanması lehinə sistemdən imtina etmək əvəzinə, şirkət indi Windows Copilot kimi yenilikləri Windows 10-a inteqrasiya etməyə çalışır.

Bu qərar Microsoft-un bəzi funksiyaları Windows 11-dən Windows 10-a köçürməyi asanlaşdırmaq istəyini vurğulayır. Microsoft həmçinin istifadəçilərin ƏS-nin yeni versiyalarına yüksəltməkdə tərəddüd etdiyini də etiraf edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025