Mobil versiya
Vətənin şəhid oğlu...
Tarix: 22-01-2024 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər

Vətənin şəhid oğlu...

İkinci Qarabağ müharibəsində torpaq və Vətən yolunda canın fəda edən qəhrəman oğullarımız olduqca şərəfli, örnək sayılası bir həyat yolu keçdilər. Nəsibi müqəddəs şəhidlik zirvəsindən boylanan səadət olan bu, Vətən sevdalıları daim xalqın qəlbində yaşamaqla heç zaman unudulmaz. 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olan Məmmədağa Həsənağa oğlu Bağırov da haqq savaşımızda Vətənin yaşaması naminə yağı düşmənlə son damla qanınadək döyüşərək əbədiyyət adlı dünyasına qovuşub.
Vətənə məhəbbət, düşmənə nifrət ruhunda boya-başa çatan Məmmədağa Həsənağa oğlu 2016-cı ildə Masallı rayon hərbi komissarlığı tərəfində ordu sıralarına çağırılıb. Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edən Məmmədağa doğma Azərbaycana olan şərəfli borcunu vicdanla yerinə yetirib. Vətənsevərliyi, təlimlərdə yüksək döyüş hazırlığı, əzmkarlığı, yoldaşlığa önəm verən sağlam əqidəsi sayəsində hörmət qazanıb, əsgərlərə nümunə olmağı bacarıb. Ürəyi Vətənə sevdalanan əsgərin əsas amalı da ki, döyüş meydanında erməni dığalarını əzib işğal altında qalan Qarabağ torpaqlarını azad etmək olub. Odur ki, düşməndən öc alacağı günə hazır olmaqla 2017-ci ilin iyul ayında ordudan tərxis edilib.

Bəli, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi başlanan kimi Məmmədağa Həsənağa oğlu düşmənlə ölüm-dirim savaşına girib. İlk olaraq Füzuli rayonunun işğaldan azad olması uğrunda düşmənə qarşı böyük mərdliklə döyüşüb. Ordumuzun qarşısında tab gətirməyən dığalar xeyli canlı qüvvə, texnika itirməklə darmadağın olub. Beləcə Füzuliyə qələbə bayrağımızı sancan igidlərin önündə Məmmədağa gedib. Qazanılan qələbədə onun göstərdiyi hünər hamını heyran qoyub. Təəssüf ki, Şuşa ətrafında gedən ölüm-dirim savaşı onun son döyüşü kimi tarixə yazılıb. Düşmənə sarsıdıcı zərbələr endirsə də, özünü qəfil atılan güllədən qoruya bilməyib. Əsl qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Qanı bahasına torpağı Vətən etməklə ölümsüzlük qazanıb. Milyonların ürəyinə köçməklə bərabər, həm də dövlət tərəfindən ” Vətən uğrunda”, ” İgidliyə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025