Mobil versiya
Bir ölkənin iqtisadiyyatının yaxşı bir il olacağını proqnozlaşdırırdı
Tarix: 19-01-2024 | Saat: 18:07
Bölmə:Özəl | çapa göndər

Bir ölkənin iqtisadiyyatının yaxşı bir il olacağını proqnozlaşdırırdı

"Yunanıstanı iqtisadiyyat üçün çox yaxşı bir il gözləyir". Bu proqnozu bu Avropa ölkəsinin baş naziri Kiriakos Mitsotakis verib


Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib ki, iqtisadiyyat güclü təcil qazanıb və Yunanıstan uzunmüddətli artım dövrünün başlanğıcındadır.

"Yunanıstan iqtisadiyyatı Avrozonadakı orta göstəricidən daha sürətli böyüyür" dedi Mitsotakis.Baş nazir qeyd edib ki, Yunanıstan artıq iqtisadi çöküşün astanasında deyil, lakin ölkədə yaşayış böhranı hələ də əsas narahatlıq doğurur. Mitsotakis ölkə əhalisinin sayının azaldığını da qeyd edib.

"Biz gənc ailələrə, uşaqlı ailələrə dəstək olmaq istəyirik" dedi.

Yunanıstan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, hökumətin prioriteti əhalinin həssas təbəqələrini dəstəkləməkdir, onun həyata keçirilməsi üçün yaxın vaxtlarda tədbirlər görüləcək.Bundan əvvəl məlum olub ki, “The Economist” jurnalının reytinqində Yunanıstan 2023-cü ildə ən böyük iqtisadi uğura imza atan ölkə adını alıb. Siyahı beş iqtisadi və maliyyə meyarına - baza inflyasiyası, inflyasiyanın genişliyi (istehlak səbətində malların payı), ÜDM, iş yerlərinin sayı və fond bazarının göstəriciləri əsasında tərtib edilib. Bununla belə, nəşrin qeyd etdiyi kimi, ölkə hələ 2010-cu illərin əvvəllərindəki böhrandan əvvəlkindən daha yoxsuldur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025