Mobil versiya
Eksklüziv: İnqilab Keşikçiləri Korpusunun zərbəsi nəticəsində öldürülən İraqlı neft maqnatı Ərbildə Mossad-ın əsas adamı idi
Tarix: 19-01-2024 | Saat: 17:05
Bölmə:Özəl | çapa göndər

Eksklüziv: İnqilab Keşikçiləri Korpusunun zərbəsi nəticəsində öldürülən İraqlı neft maqnatı Ərbildə Mossad-ın əsas adamı idi


Bazar ertəsi gecə yarısı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında İsrailin Mossad kəşfiyyat agentliyinə məxsus casusluq mərkəzinə raket zərbələri endirib və onu tamamilə məhv edib.

Əməliyyatda öldürülənlər arasında Mossad ilə sıx əlaqələri olan və İraq neftinin Təl-Əviv rejiminə qeyri-qanuni ixracından sərvət qazanan kürd multimilyonçu neft maqnatı Peşrav Məcid Ağa Dizayi də var.

Məlumatlı mənbələrə görə, Dizayi və onun əlaltılarının Ərbildəki casusluq kompleksində olması ehtimal edirdi ki, hücum zamanı böyük əhəmiyyət kəsb edən bir görüş keçirilirdi.

Kürd mediasına görə, Dizayee təhlükəsizlik, neft, qaz, tikinti və kənd təsərrüfatı sahələrində biznes maraqları olan Falcon Group konqlomeratına rəhbərlik edirdi.

Maraqlıdır ki, şirkətin internet saytı “bir çox beynəlxalq neft şirkətlərinə təhlükəsizlik xidmətləri göstərməkdən məmnun olduqlarını” bildirir və təsisçinin İraq Kürdüstanının təhlükəsizlik və kəşfiyyat aparatında onu Mossad-a yaxınlaşdıran dərin əlaqələrinə işarə edir.

Kürd maqnatı həm də mərkəzi Ərbildə yerləşən Empire World, şəhərin bəzi məşhur göydələnlərinin arxasında çiçəklənən daşınmaz əmlak şirkətinin başında idi.

Əsas medianın diqqəti əsasən Dizayinin geniş biznes imperiyasına və Kürdüstanın hakim Bərzani ailəsi ilə yaxınlığına yönəlsə də, onun İsrail casusluq agentliyi ilə yaxın əlaqələri son vaxtlar diqqətdən kənarda qalıb.

Press TV internet saytı onun Mossad ilə əlaqəsini və İsrail kəşfiyyat agentliyinin İraq Kürdüstanında əsasən İran İslam Respublikasına qarşı yönəlmiş əməliyyatlarında necə mühüm rol oynadığını göstərən bəzi fotoşəkillərə giriş əldə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025