Şəhid Samir Səmədovun 22 yaşı tamam oldu
Tarix: 19-01-2024 | Saat: 11:20
Bölmə:Özəl | çapa göndər
Vətən sevgisinin ən uca zirvəsi
Samir Mətləb oğlu Səmədov özünü dərk edən gündən həyatının dəyərini Vətənə, xalqına fayda verməkdə görür. Odur ki, orta məktəbi başa vuranda artıq dünyaya göz açdığı Astara rayonunun Pensər kəndində mənəviyyatca yetkin, daxilən saf bir gənc olaraq xeyirxah əməllər sahibi kimi yaxşı tanınır. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşəndə 30 ilə yaxın düşmən tapdağına dönən Qarabağ torpaqlarını düşünür və onların azadlığı naminə yeri gələndə canından keçməyi özünə əsas amal sayır.
Samirin əsgərlik həyatı Tərtərdən başlanır. Vətəninə əsl oğul məhəbbəti bəsləyir, müqəddəsliyinə tapındığı doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyur. Cəbhə xəttində bir-neçə dəfə düşmənlə üz-üzə gəlir. Yağının cavabını yaxşı da verir. Qorxmaz, cəsur, əqidəli gənc olan Samir Vətəni hər şeydən əziz bilir, onu düşməndən təmizləməyə məqam gözləyir.
Qarabağ torpaqların azadlığı naminə Vətən müharibəsi başlananda igid əsgər Samir Ağdərə rayonu istiqamətində döyüşə atılır. Müharibə meydanında düşmənin başını əzməklə tarix yazır. Yurd yerləri yağıdan təmizləndikcə Samirin Vətənə olan sevgisi bir daha ilahiləşir. Və Şanlı Ordumuzun düşmən üzərindəki qələbəsinə böyük ümid bəsləyir, elə həyatının ən yadda qalan, parlaq gününü o günlə bağlayır. Odun-alovun içində vuruşduğu zaman ürəyində Vətəninə odlu məhəbbət yaşatmaqla yağıya həmişə qan qusdurur. Samirin 10 oktyabrda şəhidlik zirvəsinə ucalmağı Vətənin yaşaması üçün olur. Həm də bu şərəfli ölüm 18 yaşında Samirin adını əbədi olaraq böyük bir xalqın qəhrəmanlıq tarixinə yazır.
İndi Astara camaatı öyünür ki, Azərbaycana Samir kimi igid bəxş edib. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medallı qəhrəman oğlunu ürəyində yaşatmaqla hər yerdə, hər zaman onun adını ucadan-uca tuturlar. Samir xatırlananda elə bil ürəklərdə Günəş seli çağlayır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər