Mobil versiya
Xan Yunisdəki İordaniya səhra xəstəxanası İsrailin atəşi nəticəsində ciddi ziyan görüb
Tarix: 18-01-2024 | Saat: 17:04
Bölmə:Özəl | çapa göndər

Xan Yunisdəki İordaniya səhra xəstəxanası İsrailin atəşi nəticəsində ciddi ziyan görüb

İordaniya ordusunun mühasirədə olan Qəzza zolağında Xan Yunisdəki səhra xəstəxanası İsrailin atəşi nəticəsində ciddi ziyan görüb.

Ordunun çərşənbə günü verdiyi açıqlamada, bir xəstəxana işçisinin yaralandığı və bir xəstəyə qəlpə vurulduğu halda müalicə üçün İordaniyaya geri göndəriləcəyi bildirilib.

“Xəstəxanaya ciddi ziyan dəyib. Hökumət təcavüz nəticəsində lazım olan bütün tədbirləri görəcək”, - deyə açıqlamada ətraflı məlumat verilməyib.

Xəstəxana İordaniya Silahlı Qüvvələrinin Qəzzada idarə etdiyi iki xəstəxanadan biridir. Müəssisə İsrailin bombardmanları fonunda kəskin tibbi çatışmazlıqdan əziyyət çəkir.

Tibbi mənbələr Qəzzada humanitar fəlakətin pisləşdiyi barədə xəbərdarlıq edib. Fələstin ərazisində xroniki vəziyyətdə olan təxminən 350,000 xəstə dərmansızdır.

Fələstinin HƏMAS müqavimət hərəkatının rejimin fələstinlilərə qarşı vəhşiliklərinə cavab olaraq işğalçı quruma qarşı sürpriz Əl-Əqsa Fırtınası əməliyyatını həyata keçirməsindən sonra İsrail rejimi oktyabrın 7-də Qəzzada hərbi əməliyyatlara başlayıb.

Təcavüz başlayandan bəri İsrail əksəriyyəti qadın və uşaq olmaqla 24 mindən çox insanı qətlə yetirib. Təl-Əviv rejimi Qəzzada yaşayan iki milyondan çox fələstinlinin yanacağı, işığı, qidası və suyunu kəsib.

Həmin oktyabr günündən etibarən Qəzzadakı xəstəxanalar da İsrailin bombardmanlarının hədəfləri arasındadır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025