Mobil versiya
Ukrayna millisinin keçmiş futbolçusunun evində axtarışlar aparılıb
Tarix: 18-01-2024 | Saat: 09:42
Bölmə:Özəl | çapa göndər

Ukrayna millisinin keçmiş futbolçusunun evində axtarışlar aparılıb

Kiyev "Dinamo"sunun və futbol üzrə Ukrayna milli komandasının sabiq hücumçusu Artem Milevski evində axtarış aparılması barədə Telegram kanalında məlumat verib.Keçmiş futbolçu polisin, avtomobilin fotoşəkillərini və yanvarın 14-də aparılan axtarışın videosunun bir hissəsini nümayiş etdirib. Videolardan birində polisin giriş qapısını sındırdığı bildirilir.

"Bir sözlə, bu, olduqca qorxulu yuxu idi. İstintaqın məxfiliyinə görə milli polis axtarışın tam videosunun yerləşdirilməsini qadağan etdi", - Milevski yazıb.

2023-cü ilin oktyabrında Milevskinin keçmiş ortağı Aleksandr Əliyev Artemin spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirdi.Milevski 2002-2013-cü illərdə Kiyev "Dinamo"sunun rənglərini qoruyub və üç dəfə ölkə çempionu olub. O, həmçinin Leninqradın “Tosno”, Brest “Dinamo”su və Ukraynanın “Minai” komandalarında çıxışları ilə tanınır. Milevski peşəkar karyerasını 2021-ci ildə başa vurub. Onun Ukrayna millisində 50 matçı var.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025