MB Qırmızı dənizdəki vəziyyət fonunda inflyasiyanın sürətlənməsi təhlükəsi barədə ciddi danışmağa başlayıb
Tarix: 17-01-2024 | Saat: 13:40
Bölmə:Özəl | çapa göndər
Qırmızı dəniz vasitəsilə gəmi tranzitinin məcburi dayandırılması səbəbindən tədarük zəncirinin pozulması Avropada inflyasiyanın sürətlənməsi riskini artırır. Reuters bu barədə Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın sözlərinə istinadən yazır.ECB-nin narahat olmaq üçün bütün səbəbləri var: pandemiya zamanı başlayan tədarük zəncirinin pozulması regionda inflyasiyanın artmasına səbəb olub. 2022-ci ilin oktyabrında Avropada qiymət artımı 10,6%-ə çatıb.
Bir gün əvvəl məlum olmuşdu ki, Almaniyanın ÜDM-i 2023-cü ilin sonunda 0,3% azalıb. “The Wall Street Journal” hesab edir ki, “Avropanın lokomotivi” iqtisadiyyatı çıxılmaz vəziyyətdə qalıb və bundan sürətli çıxış yolu yoxdur. Nəşr yazır ki, Almaniya iqtisadiyyatının yavaşlaması qitənin digər ölkələrinin hökumətlərinə dəstək vermək imkanlarını sual altına qoyur.
ECB-nin inflyasiya ilə mübarizə səylərinə mane ola biləcək digər əsas amillər arasında Laqard enerji qiymətlərini qeyd edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər