Xronoloji dövrün əsaslandırılması
Tarix: 17-01-2024 | Saat: 13:38
Bölmə:Özəl | çapa göndər
2024-cü ilin yanvar ayının 10-da yerli televiziya kanallarında etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yaxın tarixi keçmişimizə nəzər salaraq, bəzi tarixi hadisələri, xatırladaraq gözəl bir giriş və əhəmiyyətli motivasiya yaratmışdır. Belə ki, prezident 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etdiyini və bunun müstəqil tariximizin ən həlledici məqamı olduğunu demişdir. Çünki bu gündə hərtərəfli bəhrəsini gördüyümüz Heydər Əliyev siyasəti dəvam etdirilirdi. Belə ki, gedişatın başqa bir məcraya yönlənməsi xalqımız, dövlətimiz üçün faciə, fəlakətlərlə nəticələnə bilərdi.
Bu gün isə biz hamımız bu tarixi zaman aralığına nəzər salıb müqayisə etsək, nələrə nail olduğumuzu, hardan haraya gəldiyimizi görməmək mümkün deyil.
1993 - 2003-cü illər ərzində əvvəldən hazırlanmış xain planlar nəticəsində işğal olunmuş torpaqlarımızın itirildiyi o çətin vaxtlardan sonra ən ağır günlər, illər yaşamasına baxmayaraq məhz bu illər ərzində bugünki dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti
yaradıldı, eyni zamanda xalq - iqtidar birliyinə nail olunması çox vacib fakta çevrildi.
Son 20 ilin nəticələrinin, nailiyyətlərinin təhlil edilməsinə yetəcək qədər geniş vaxt imkanlarının olmadığını deyən İlham Əliyev çox haqlı olaraq bildirmişdir ki, bu gün dövlətimiz həqiqətən bütün Azərbaycan xalqına məlum olduğu kimi dünya miqyasında güclü ölkələr sırasında durmaqla beynəlxalq aləmdə, həm də yerləşdiyi regionda öz siyasi prioritetlərin düzgün seçilməsində çox ölkələr üçün nümunə ola bilmişdir. Və bu qürurverici həqiqət yalnız bizim deyil, bir çox həmkarlarımızın fikridir deyərək hər zaman olduğu kimi inamverici və fərəhləndirici münasibət bildirmişdir.
Dövlətimiz qarşısında duran ən vacib və yeni məsələlərin əsas hissəsini keçən ilin son aylarında həll edərək, müstəqilliyimizin, suverenliyimizin təmamilə bərpa edilməsinə nail olunmuşdur. Bu gün Azərbaycan yeni ilə- 2024 - cü ilə təmamən suveren, müstəqil və güclü dövlət kimi qədəm basır. Bu müasir tariximizin yeni dövrü isə məhz sentyabrın 20-dən sonra başlayır.
Qalib ölkənin yeni tarixinin qəhrəmanı olan Prezident İlham Əliyevin oktyabrın 15-də, Xankəndində möhtəşəm qələbəmizin dəvamı olaraq qaldırdığı bayraq sanki 30- illik həsrətin və əldə olunan qələbənin möhtəşəm nidası idi. Bir tək görünən əl əslində mənəvi olaraq birləşən ümummilli lider Heydər Əliyevin Azərbaycan deyərək tarix səhnələrində qılınc qaldıran, və daim yetişdirdiyi tarixi liderlərinə mənəvi güc olan milyonlarca azərbaycanlıların qolu gərçəkləşən duası idi.
Hər zaman açıq, səmimi, konkret fikirləri, yanaşmaları olan, həqiqətləri cəsarətlə deyən prezidentimiz o anda yaşadığı sevinci hər bir vətənpərvər azərbaycanlının yaşadığını və qürurlandığını deyərək eyni zamanda da ədalətə inanmağın vacibliyini də qeyd etmişdir.
Çünki tarixi zaman baxımından 30 il böyük bir vaxt məsafəsi olmasa da,mənəvi baxımdan az deyildi və təəssüflər olsun xalqın inamın müəyyən dərəcədə sarsılmışdı ki, bu isə gələcək üçün yaxşı olmayan hallara apara bilərdi. Ona görə də, ədalətə inanmaq üçün səbəb, əsas olmalıdır.Ədalət isə 30 il gözləyə - gözləyə həm də gördük ki, özü gələn deyil.Gərək onu təmin etməyi biləsən. Biz isə bu həqiqəti artıq başa düşmüşdük.
Bəli, cənab prezident cəsarətlə beynəlxalq hüququn hüquq olmadığını, ona məhəl qoyulmadığını, ədaləti haqlı olaraq tələb edən ölkələrin bu ədaləti özlərinin təmin etməli olduqlarını söyləmişdir. Və buna görə son dövrlərdə bizim hər birimizin də şahidi olduğumuz kimi prezidentimiz bu prinsipi rəhbər tutmuş, bütün gücü ilə illərlə fəal çalışmış və layiq olduğumuz ədalətin bərpasına nail olmuşdur.
Lakin buna baxmayaraq, beynəlxalq aləmdə bizim müstəqilliyimizi istəməyənlər bizi ittiham etməyə, müxtəlif formalarda təzyiq göstərməyə çalışsalar da, döyüş meydanında da, silahımızla əldə etdiyimiz ədaləti, eyni zamanda beynəlxalq müstəvidə, siyasi və diplomatik savaş apararaq da əldə etdik.
Biz inanırıq ki, qələbə həmişə bizimlə olacaq. Biz isə İlhamla, inamla gələcəyə adddımlayacağıq.
Simuzər Quliyeva
YAP Zəngilan rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər