Mobil versiya
Fələstin Xarici İşlər Nazirliyi israilli köçkün təşkilatlarını “terror” siyahısına salmağa çağırıb
Tarix: 17-01-2024 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Fələstin Xarici İşlər Nazirliyi israilli köçkün təşkilatlarını “terror” siyahısına salmağa çağırıb

Fələstin Xarici İşlər və Qürbətçilər Nazirliyi işğal olunmuş ərazilərdə israillilərin zorakılıqlarının artmasını pisləyərək, məskunlaşan təşkilatları beynəlxalq terror siyahılarına salmağa çağırıb.

Nazirlik çərşənbə günü verdiyi açıqlamada bildirib ki, İsrailli köçkün təşkilatlarının beynəlxalq terror siyahılarına salınması onların Fələstinin işğalını genişləndirməsinə mane ola bilər.

Nazirlik daha əvvəl zorakılığın artmasının əsas səbəbi kimi İsrail naziri İtamar Ben-Qvirin “terrorçu elementlərini” günahlandırmışdı.

İsrailin fələstinlilərə qarşı zorakılığı Baş nazir Benyamin Netanyahunun kabinetinin 2022-ci ilin dekabrında vəzifəyə başlamasından bəri artmaqdadır.

Oktyabrın əvvəlində Qəzzanı bombalamağa başlayandan bəri, rejim qüvvələrinin dəstəklədiyi İsrailli mühacirlər işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlarını artırıb.

Müharibə başlayandan bəri işğal olunmuş ərazilərdə israilli mühacirlər və ya qoşunlar tərəfindən yüzlərlə fələstinli şəhid olub, minlərlə fələstinli isə yaralanıb.

İsrailin mühasirədə olan Qəzza zolağına təcavüzü də əsasən qadın və uşaq olmaqla 24 mindən çox fələstinlini qətlə yetirib.

1967-ci ildə İsrailin İordan çayının qərb sahilini və Şərqi Əl-Qüdsü işğal etməsindən sonra tikilmiş 279-dan çox yaşayış məntəqəsində 700 mindən çox israilli yaşayır.

Bütün İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qeyri-qanuni olsa da, işğalçı rejim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar pozaraq qəsəbələrin genişləndirilməsini sürətləndirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025