Zəfər seçkiləri
Tarix: 16-01-2024 | Saat: 18:47
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Bir çox siyasi xadimlər bu seçkiləri qeyri-rəsmi olaraq “Zəfər seçkiləri” adlandırırlar. Çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir. Bəli, 7 fevral azərbaycanlılar tarixi talelərinin mühüm günlərindən birini qeyd edəcəklər.Dövlətimizin müstəqilliyi tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Qarabağda şərəflə dalğalandırdı.
7 fevral Azərbaycan xalqı üçün sadəcə prezident seçkiləri, səsvermə prosesi deyil, bu seçki xalqımızın milli qürür, milli vüqar məsələsidir.
Bu seçkilər İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisidir. Vaxtilə Heydər Əliyev yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu. Bu gün Prezident İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, daim onu dəstəkləyən, inanan xalqına güvənərək erkən seçkilərə gedir.
Bu seçkilər damarlarında türk qanı axan hər bir vətəndaş üçün də bir fürsətdir ki, milli mənliyimizi, qürurumuzu , 30 illik Vətən arzularımzı gerçəkləşdirən Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın.
Bir müəllim olaraq mənim bu seçkilərdə namizədim Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” deyən və bunu bütün dünyaya sübut edən, xalqa verdiyi hər bir vədini yerinə yetirən İlham Heydər oğlu Əliyevdir. İnanıram ki, 7 fevral bütün seçki məntəqələrində Azərbaycan xalqı öz səsini layiqli liderinə verərək dünyaya bir daha xalq-hakimiyyət birliyimizi, “Dəmir yumruq” sahibinə xalq tərəfindən olan etimad və sevgimizi sübut edəcək.
Cəmilə Camal qızı Səlimova
ADPU-nun nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin fizika müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər