Mobil versiya
İsrailin Qəzzalılara qarşı soyqırımı: Fələstin karate çempionu hava hücumu nəticəsində aldığı yaralardan ölüb
Tarix: 16-01-2024 | Saat: 13:54
Bölmə:Özəl | çapa göndər

İsrailin Qəzzalılara qarşı soyqırımı: Fələstin karate çempionu hava hücumu nəticəsində aldığı yaralardan ölüb

İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində ağır yaralanan fələstinli karate çempionu xəstəxanada dünyasını dəyişib.

Dekabrın 17-də hava hücumu nəticəsində bir ayağını itirən 24 yaşlı Naqam Əbu Səmrah bazar ertəsi günü Deyr əl-Bəlahdakı Əl-Əqsa Şəhidləri Xəstəxanasında aldığı yaralardan dünyasını dəyişib. O vaxtdan bəri komada idi.

Səmrahın mütəxəssis müalicəsi üçün Misirə təxliyə olunmalı idi, lakin heç vaxt sərhədi keçməyə icazə verilmədi.

Onun bacısı da eyni hücumda həlak olub.

Onun atası Mərvan Abdullah Əbu Samrah keçən ay Sky News-a bildirib ki, Nagham bacısını itirdikdən sonra "ümid işığı" olub.

Naqam İsrailin oktyabrın əvvəlində təcavüzə başladığı gündən Qəzzada vəhşicəsinə qətlə yetirdiyi təxminən 24.000 nəfərdən biridir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025