Mobil versiya
Gülər Sultanzadə: “Gəncliyin seçimi İlham Heydər oğlu Əliyevdir!”
Tarix: 16-01-2024 | Saat: 12:26
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Gəncliyin seçimi İlham Heydər oğlu Əliyevdir!”

“Birmənalı olaraq deyə bilərik ki, fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan gəncliyi öz səsini Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə verəcək. Yanvar ayının 15-dən başlamış namizədlərin təşviqat kampaniyalarının gedişini müşahidə etməklə artıq bu nəticəyə əminliklə gəlmək olar. Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi, zəngin mədəni-tarixi irsimizi qoruyub yaşadır və inkişaf etdirir. Gəclərimiz bütün hallarda ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, məşğul olduqları istənilən sahədə yüksək vətəndaşlıq hisslərinə sahib olduqlarını nümayiş etdirirlər. 2022-ci ilin fevral ayının 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələni xüsusi olaraq vurğuladı və bildirdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Vətənpərvər gəncliyi olmayan dövlət heç zaman müstəqil və güclü ola bilməz.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam etdirən gənc partiya fəalı daha sonra bildirib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən illər ərzində Azərbaycanda gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları qəbul edilmişdir: “Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Həmin Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdu. Həmçinin dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub. Bütün bunlarla yanaşı bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Gənclər siyasətinin prioritet istiqaməti milli-mənəvi dəyərlərin qorunmasıdır. Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub və biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi olaraq azad, müstəqil xalq kimi yaşayacaq.”

Həmçinin müsahibimiz qeyd edib ki, Azərbaycan gəncliyi 2020-ci ildə tarixi missiyanı həyata keçirməklə Vətən qarısında misilsiz xidmətlər göstərib və öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıb: “Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. Ötən il keçirilmiş tədbirlər nəticəsində isə, ölkəmiz özünün ərazi bütövlüyünü bərpa etdi və nəhayət bütün ərazilərində suverenliyini tam təmin etdi. Bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə əldə olundu. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Birmənalı olaraq demək olar ki, Azərbaycan gəncliyi bundan sonra da hər zaman ölkəmizdə gedən inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək, öz Prezidentinin ətrafında daha sıx birləşərək xalqımızı daha parlaq gələcəyə doğru aparan yolda daim ön cərgələrdə irəliləyəcək” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025