Önəmli mesaj
Tarix: 14-01-2024 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə əslində Azərbaycan tarixinin son 30 illni əhatə edən dövrə bir baxış idi. Aydın məsələdir ki, bu gün ölkəmiz artıq öz tarixinin tamamilə yeni bir mərhələsinə uğurlu keçid edib və bu baxımdan arxada qalan dövrün obyektiv təhlili və qiymətləndirilməsi həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Öz müsahibəsində möhtərəm dövlət başçımız bir daha vurğuladı ki, biz Azərbaycanın bugünkü reallıqlarını məhz 1993-cü illə müqayisə etməliyik. Həqiqətən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra inkişaf yoluna ilk dəfə 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra qədəm qoydu. Məhz bundan sonra ölkədə sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və ölkəmizdə vətəndaş cəmiyyəti yaradıldı, xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bir sıra mühüm mövzulara toxundu, ciddi mesajlar verdi. Bu mesajlardan çıxan nəticə budur ki, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək. Heç bir qüvvə onunla hədə-qorxu dili ilə danışa bilməz. Bu əminliyin səbəbi isə əlbəttə ki, haqlı olmağımızdır. Azərbaycana təzyiq göstərmək, hətta onunla təhdid dilində danışmaq istəyənlərə ən tutarlı cavab elə budur. Haqlı olmasaydıq, torpaqlarımızın 30 illik işğalına son qoyub, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edə bilməzdik. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, enerji diplomatiyasından, dünyanın enerji xəritəsini dəyişən layihələrdən, hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçiddən, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərindən, gücümüzün əsas mənbəyi olan haqlı mövqeyimizdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və digər məsələlərdən bəhs edərək bu siyasi həqiqəti təsdiqlədi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi. Həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini edərək, ölkəmizdə Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirə biləcək yeganə siyasi lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Məhz 20 il öncə edilmiş müdrik seçimin nəticəsidir ki, bu gün biz torpaqlarımızın işğaldan tam azad olunması ilə, Qarabağımızdan separatizmin, terrorizmin təmizlənməsi ilə səciyyələnən yeni reallıqları, tariximizin ən şərəfli mərhələsini yaşayırıq. Prezident İlham Əliyev müsahibə zamanı bu məqama toxunaraq aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Azərbaycan torpaqlarının 30 illik işğalına, ərazilərimiz dağıdılaraq yerlə bir edilməsinə göz yumanlar İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal antiterror tədbirlərindən sonra müxtəlif vasitələrə əl ataraq Bakıya təzyiq göstərməyə çalışdılar. Müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə sənədlərin qəbuluna cəhd edən həmin qüvvələr hətta sanksiyalardan belə danışdılar. Səbəb də o idi ki, onların 30 il ərzində yerinə yetirmədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini Bakı özü icra etdi. İkincisi, Azərbaycan ərazisində separatizmin varlığına son qoydu. Hansı ki, Qərb özü separatizmlə mübarizə aparır. Deməli, separatizmlə bağlı da fərqli yanaşmanın olması Avropanın ikiüzlülüyünü göstərmiş oldu.
Məlumdur ki, bu il fevralın 7-nə təyin olunmuş Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsini zəruri edən səbəblər barədə siyasətçilər, ekspertlər tərəfindən müəyyən arqumentlər səsləndirilib. Dövlət başçısı müsahibə zamanı bunun əsas səbəblərini açıqlayıb. Bildirib ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.Təbii ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün, bütün ərazilərdə keçiriləcək birinci seçkilərin də məhz prezident seçkiləri olması tamamilə məntiqə uyğundur və bu, müdrik bir qərardır. Beləliklə, demək olar ki, seçkilərdən sonra Azərbaycan üçün yeni bir dövr başlayır və bu dövrün yeni hədəfləri olmalıdır. Dövlət başçımızın dediyi kimi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin əsas səbəbi yeni dövrün başlanmasıdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər