Yeni zəfərlərə aparan seçkilər
Tarix: 12-01-2024 | Saat: 17:08
Bölmə:Özəl | çapa göndər
Təbii ki, Azərbaycanın qüdrətli bir dövlətə çevrilərək qazandığı bütün uğurlar böyük səylərin, qətiyyətin, düzgün qurulan siyasətin nəticəsidir. Məhz 1993-cü ilin iyunundan başlanan inkişaf yolu Azərbaycanı daim zirvələrə aparır. Bu yol Heydər Əliyev yoludur. Bu reallıq daim önə çəkilir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Ulu Öndər Heydər Əliyevin siyasətidir. Dövlətçilik salnaməsinə şanlı səhifələr Onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə ölkələrin inkişafında, xalqın gələcəyə daha böyük inamla addımlamasında lider amilinin rolu daha aydın görünür.
Bu bir danılmaz faktdır ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Azərbaycanı daim zirvələrdə görmək istəyirdi. Bu, Onun Vətəninə, xalqına, torpağına bağlılığından irəli gəlirdi. Dahi şəxsiyyət bildirmişdir ki, mənim üçün hər şeydən əziz Vətənimdir, xalqımdır. Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas edən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ümummilli Lider bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Bu gün İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır: “Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutmuşdur. Son 20 il çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan dövr kimi yazıldı. Bu illər Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunur. 2020-ci ildə Azərbaycanı tarixi Zəfərinə qovuşduran, dünyaya qalib ölkə kimi təqdim edən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün keçirdiyi xoşbəxtlik, qürur hisslərini işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə aparılmasında, soydaşlarımızın qısa müddətdə qayıdış ünvanlarının sayının artmasında təsdiqləyir”.
Ötən ilin 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması, sentyabrın 19-da lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradda iştirakı tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident İlham Əliyev 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi. Bütün bunlar Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatıdır”.
Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təyin edilmiş prezident seçkiləri ölkə tarixinin ən qürurverici seçkisi kimi yadda qalacaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq,seçkilər bütün ölkə ərazisini əhatə edəcək.Bu seçkiləri zəfər seçkiləri də adlandırmaq olar. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirib ki, bu da öz növbəsində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirir. Prezident İlham Əliyevin bu addımı özünə inamının və xalqın dəstəyinə əminliyinin təsdiqidir. Xalqımız bu seçkilərdə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlarının davamına səs verəcək. Heydər Əliyev siyasətinə dəstək Azərbaycanın uğurlu gələcəyinə dəstəkdir”.s
Mən də işğaldan azad olunmuş Cəbrayıl rayonunun sakini kimi fərəhlənirəm ki, digər seçkilərdən fərqli olaraq, qarşıdan gələn növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı artıq dövlətinin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında qalmış xalq kimi iştirak etməyəcək. Dövlətinin ərazi bütövlüyü tam bərpa edilmiş qalib xalq olaraq seçkilərə gedəcək. Budəfəki prezident seçkiləri otuzillik işğalına son qoyulmuş, azad günlərinə qovuşmuş, düşmənin vurduğu yaraları sarınan, vandalların xarabalığa çevirdikləri yaşayış məskənlərində tikinti işləri aparılan, yeni yollar çəkilən, infrastrukturlar yaradılan Şuşada, Laçında, Xocalıda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə, Xankəndidə və digər rayonlarımızda da keçiriləcək. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı öz qalib ölkəsinin prezidentini seçəcək.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər