Mobil versiya
Hizbullah İsrail hərbi bazalarını hədəf alır, casusluq obyektlərini məhv edir
Tarix: 11-01-2024 | Saat: 18:56
Bölmə:Özəl | çapa göndər

Hizbullah İsrail hərbi bazalarını hədəf alır, casusluq obyektlərini məhv edir

Livanın müqavimət hərəkatı Hizbullah Livan sərhədi yaxınlığında yerləşən iki İsrail hərbi bazasını hədəfə alaraq, orada yerləşdirilmiş casusluq texnikasını məhv edib.

Məlumata görə, Hizbullah cümə axşamı işğal olunmuş ərazilərdəki Hədb əl-Bustan və Hənitə bazaları daxilində müşahidə obyektlərinə hücumları əks etdirən video yayımlayıb.

Bundan əvvəl Hizbullahın İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Din xəbərdarlıq etmişdi ki, müqavimət qrupu Livan və onun xalqı üçün təhlükə yaradan istənilən bazanı hədəfə alacaq.

Hizbullah və qeyri-qanuni sionist qurum, Fələstinin HƏMAS müqavimət hərəkatının gözlənilməz əməliyyatından sonra rejimin Qəzza zolağında soyqırım müharibəsinə başlamasından qısa müddət sonra oktyabrın əvvəlindən atışmalara başlayıb.

Hizbullahın davamlı raket atışları on minlərlə qeyri-qanuni yəhudi miqrantı işğal olunmuş ərazilərin şimal bölgələrindən qaçmağa vadar edib.

Hizbullah qəsb edən qurum mühasirədə olan Qəzzaya qarşı müharibəsini davam etdirdiyi müddətcə cavab əməliyyatlarını davam etdirəcəyinə söz verib.

İsrailin Qəzzaya qarşı təcavüzü indiyədək əksəriyyəti qadın və uşaq olmaqla ən azı 23 min fələstinlini şəhid edib, 59 mindən çox insan isə yaralanıb.

aia.az
atərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025