Putin Xabarovsk və Komsomolsk-na-Amur şəhərlərinin inkişafının baş planları ilə tanış olub
Tarix: 11-01-2024 | Saat: 09:31
Bölmə:Özəl | çapa göndər

Rusiya prezidenti Vladimir Putinə Uzaq Şərqə işgüzar səfəri zamanı Xabarovsk və Komsomolsk-na-Amur şəhərlərinin inkişafı üzrə baş planlar təqdim olunub.Yanvarın 9-da Rusiya hökuməti Uzaq Şərqin 16 şəhərinin 2030-cu ilə qədər hərtərəfli sosial-iqtisadi inkişafının uzunmüddətli planlarını təsdiqləyib. Planlara əsasən, şəhərlərdə mənzil fondunun yenilənməsi, sosial obyektlərin tikintisi, abadlıq-quruculuq işləri, nəqliyyat və kommunal infrastrukturun müasirləşdirilməsi, kurort zonalarının inkişafı nəzərdə tutulur. Anadır, Arsenyevsk, Birobidjan, Blaqoveşensk, Beloqorsk, Bolşoy Kamen, Vladivostok, Komsomolsk-na-Amur, Krasnokamensk, Neryunqri, Naxodka, Maqadan, Ussuriysk, Svobodnı, Xabarovsk və Yakutsk üçün baş planlar hazırlanıb.
Məsələn, Xabarovskın baş planı onun "fərqli və özünü təmin edən rayonlar şəhərinə çevrilməsini", Uzaq Şərq İncəsənət Muzeyinin yaradılmasını, bir sıra küçələrin abadlaşdırılmasını və sahilin vahid məkanda birləşdirilməsini nəzərdə tutur. .Komsomolsk-na-Amurda hava limanının yenidən qurulması, Xurba aerodromunun uçuş-enmə zolağının bərpası və Xabarovska yüksək sürətli elektrik qatarının buraxılması planlaşdırılır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-06-2025
15-06-2025
14-06-2025
13-06-2025