Mobil versiya
Bakıda əczaçı qadın həbs olundu
Tarix: 28-09-2016 | Saat: 13:00
Bölmə:Cəmiyyət | çapa göndər



Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol”, 3 ədəd "Pregabalin” kapsulaları, 20 ədəd "Zapicione” həbi, 5 ədəd "Tramadol”, 7 ədəd "Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin”, 2075 ədəd "Haloperidol”, 150 ədəd "Depakine chrono”, 60 ədəd "Respilon” həbləri, 30 ədəd "Haloperidol”, 24 ədəd "Haloperidol-decanoate”, 70 ədəd "Amitriptylline hydrochlorido” və 19 ədəd "Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024