Mobil versiya
Arvad ərini qonaq otağında basdırdı - FOTO
Tarix: 28-09-2016 | Saat: 12:27
Bölmə:Cəmiyyət | çapa göndər




"Nə etməliydim ki?! Kasıb, yoxsul insanam. Qəbristanlıqda isə məzar yeri bahadır. Buna görə belə etdim".

Rajvinder Sinqhin arvadı Manparit belə deyib.

45 yaşlı Rajvinder Sinqh ötən il itkin düşmüşdü. Onun nə ölüsündən, nə dirisindən xəbər vardı.

Manparitin qonşuları isə ötən həftə polisə şikayətləniblər. Onların dediklərinə görə, Manparitin yaşadığı evdən çox pis qoxu gəlirdi və bu kəsif iy də bütün qonşuları bezdirmişdi.

Hadisə yerinə yollanmış polis qoxu mənbəyinin evin qonaq otağında olduğunu müəyyənləşdirib. Manparitin davranışı polisləri şübhələndirib və onlar qonaq otağının döşəməsini qazmağa başalyıblar.

Otaqdan torpağa basdırılmış iki skelet çıxıb.

Onlardan birinin Rajvinder Sinqh olduğu bəlirlənib.

Olay Hindistanın şimalındakı Çhattisqarh bölgəsindəki Raypurda yaşanıb.

40 yaşlı Manprit Kaurun dediyinə görə o, ərini öldürməyib: "Sadəcə, qəbristanlıqda məzar yeri almaq üçün pulum olmadığından ərimi burada basdırdım".

İkinci skeletin kimin olduğu hələlik müəyyənləşdirilməyib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024