Hərbi analitik 2024-cü ildə yeni münaqişələr barədə xəbərdarlıq edib
Tarix: 08-01-2024 | Saat: 08:40
Bölmə:Özəl | çapa göndər
Hərbi analitik, Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov bildirib ki, 2024-cü ildə dünya xəritəsində yeni qaynar nöqtələr yarana bilər. O, bu barədə Ura.ru ilə söhbətində bildirib.Ekspert 2024-cü ildə yeni münaqişələr barədə xəbərdarlıq edərək, onların Yaxın Şərq və Mərkəzi Asiyada yarana biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Qərb dövlətləri Qazaxıstanda dövlət çevrilişi planı qurur.
“Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə aktivləşdiyi və Qazaxıstanı Rusiyadan qoparmağa çalışdığı vəziyyətdən narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm”. 2022-ci il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Ölkə prezidenti Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd elan edib və kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 19-da ölkədə fövqəladə vəziyyət rejimi ləğv edilib. İğtişaşlardan sonra Qazaxıstanda dövlətə xəyanətlə bağlı 15 cinayət işi açılıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-01-2025
19-01-2025
18-01-2025