Mobil versiya
İsrailin Qəzzada Fələstinin Olimpiya futbol komandasının baş məşqçisini vurması nəticəsində öldürülüb
Tarix: 07-01-2024 | Saat: 16:07
Bölmə:Özəl | çapa göndər

İsrailin Qəzzada Fələstinin Olimpiya futbol komandasının baş məşqçisini vurması nəticəsində öldürülüb

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi Fələstinin Olimpiya Futbol Komandasını çalışdıran Hani əl-Məsdəri öldürüb. Fələstin Futbol Assosiasiyası (PFA) şənbə günü öz internet səhifəsində yaydığı bəyanatda 42 yaşlı Məsdərin Qəzzanın mərkəzindəki əl-Məsdər kəndinə İsrail hava hücumu nəticəsində həyatını itirdiyini açıqlayıb. PFA-nın verdiyi məlumata görə, o, 2018-ci ildə təqaüdə çıxmadan və Fələstin Milli Komandasını çalışdırmazdan əvvəl Əl-Mağazi və Qəzzanın idman klublarında yarımmüdafiəçi kimi çıxış edib. İsrailin Qəzzaya hücumu başladığı gündən bu yana "Komanda və fərdi idman növləri üzrə 88 idmançı, o cümlədən 67 futbolçu şəhid olub. Bundan əlavə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində idarəedici və texniki heyətdən 24 məmur həyatını itirib". Fələstin HƏMAS müqavimət hərəkatının Fələstin xalqına qarşı şiddətləndirdiyi vəhşiliklərə cavab olaraq işğalçı quruma qarşı tarixi əməliyyat keçirdikdən sonra İsrail oktyabrın 7-də Qəzzada soyqırım müharibəsi başlatdı. Təl-Əviv rejimi indiyədək əksəriyyəti qadın və uşaq olmaqla ən azı 22 722 fələstinlini qətlə yetirib, 58 166 nəfəri yaralayıb. İsrailin “tam mühasirəsində” olan Qəzza zolağında dağıntılar altında qalan minlərlə insan da itkin düşüb və öldüyü güman edilir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə