Mobil versiya
Mash: Tula vilayətində kanalizasiyanın pozulması 48 nəfəri bağırsaq infeksiyasına yoluxdurub
Tarix: 29-12-2023 | Saat: 21:03
Bölmə:Özəl | çapa göndər

Mash: Tula vilayətində kanalizasiyanın pozulması 48 nəfəri bağırsaq infeksiyasına yoluxdurub


Tula vilayətinin Plavsk şəhərində 48 nəfər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.Xəstəxanaya yerləşdirilənlər arasında 15 uşaq da var. Buna səbəb kimi kanalizasiyadan gələn suyun su təchizatına daxil olması göstərilir. Bildirilir ki, yerli sakinlər əvvəllər axar suda kanalizasiya və çirk görüblər və oradan pis iyi gəlirdi.

Hadisədən sonra Rospotrebnadzor sanitar-epidemioloji araşdırmaya başlayıb. Mütəxəssislər şəhər kranlarından su toplamağa və çirklənmə mənbəyini axtarmağa başlayıblar.Bundan əvvəl Tula vilayətindəki uşaq düşərgəsində 31 nəfər qızılı stafilokoka yoluxmuşdu.

Rospotrebnadzor infeksiyanın ötürülməsinin qida bölməsində sanitar-epidemioloji tələblərə əməl edilməməsi səbəbindən baş verdiyini qeyd edib: Yemək bölməsində bıçaq və masaların üzərində E.coli bakteriyası aşkar edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə