Xankəndidə keçirilən tarixi futbol matçı Azərbaycan həqiqətlərinin növbəti təntənəsi idi
Tarix: 28-12-2023 | Saat: 18:01
Bölmə:Özəl | çapa göndər
Dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilmiş futbol yarışı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən ilk futbol matçı olmaqla, bütün xalqımızın hədsiz sevincinə səbəb olmuş tarixi hadisə idi. Qeyd etmək lazımdır ki, həmin oyunda qəhrəman şəhidlərimizin övladlarının və ailə üzvlərinin də iştirak etməsi şəhidlərin ruhuna ehtiram və əsil vətənpərvərlik nümunəsidir. Həmin gün bütün dünya Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən möhtəşəm idman hadisəsinin şahidi oldu. Bu hadisə Qarabağa və Şərqi Zəngəzura bu torpaqların əsil sahiblərinin qayıdışı ilə həyatın bütün sahələrində canlanma və dirçəlişin gəldiyini bir daha nümayiş etdirir. Bu tarixi yarışı izləmək üçün Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın stadiona gəlmələri isə, bu idman hadisəsinin önəmini bir daha vurğulamış oldu. Oyundan əvvəl etdiyi çıxışında möhtərəm Prezidentimiz bu hadisənin siyasi əhəmiyyətini qeyd edərək bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Ərazilərimizi 30 il işğal altında saxlayan Ermənistan bu şəhəri separatizmin mərkəzinə çevirmişdilər və onlar elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu həm ermənilərə, həm də bütün dünyaya sübut etdi ki, bu torpaqların əsil sahibi Azərbaycan xalqıdır. Xankəndidə keçirilən futbol matçı da bizim öz tarixi torpaqlarımıza əbədi qayıtdığımızın daha bir təsdiqi oldu. Oyunun başlanğıcında topa rəmzi toxunuşu ilə Azərbaycan Prezidenti dörd il bundan öncə həmin bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə və bu absurd şüarı alqışlayanlara növbəti mesajını göndərdi. İndi bütün dünya görür ki, Qarabağ Azərbaycandır!
Xankəndidə qondarma rejimin ləğvindən və bu şəhərin separatçılardan təmizlənməsindən cəmi üç ay keçib. Bu ilin sentyabr ayında keçirdiyi birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan separatçıların yerləşdikləri sonuncu əraziləri də işğalçılardan azad edərək öz dövlət suverenliyini tam bərpa etdi. 2021-ci ilin 15 yanvar tarixində Qarabağın tacı olan Şuşa şəhərində olduğu kimi, bu ilin 15 oktyabrında da cənab Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə müqəddəs bayrağımızı şəxsən özü ucaltdı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında cənab Ali Baş Komandan Zəfər paradını qəbul etdi. Nəhayət dekabrın 21-də Xankəndidə möhtəşəm futbol matçı keçirildi. Bütün bunlar xalqımız üçün, dünya azərbaycanlıları üçün tükənməz qürur mənbəyidir. Bir məqamı da xüsusi qeyd edək ki, tarixi futbol matçının keçirildiyi Xankəndi stadionu cəmi iki ay ərzində əsaslı təmir olunmuş, demək olar ki, yenidən inşa edilmişdir. Möhtərəm dövlət başçımızın dediyi kimi, separatizm simvolikasını əks etdirən bütün yazılar da tarixin zibilxanasına atılmışdır.
Artıq bütün dünya bilməlidir ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq və azərbaycanlılar burada əbədi yaşayacaqlar.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025