Xankəndi şəhər stadionunda 30 illik fasilədən sonra tarixi futbol oyunu keçirilib
Tarix: 28-12-2023 | Saat: 14:09
Bölmə:Özəl | çapa göndər
21 dekabr 2023 -cü il tarixində yaddaşlarımıza həkk olunacaq mühüm tarixi hadisə baş verdi.Tarixi torpağımız Xankəndində 30 ildən sonra futbol matçı keçrildi . Prezidentimiz İlham Əliyevin, vitse-prezidentimiz Mehriban Əliyevanın,şəhid ailələrinin, övladlarının , azarkeşlərin iştirakı ilə Ağdamın ,,Qarabağ " və Bakının,, MOİK " komandaları arasında keçirilən oyun Xankəndi stadionunda prezident İlham Əliyevin çıxışı ilə başladı.Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.
Bu tarixi hadisə Azərbaycan xalqı üçün böyük məna kəsb edir.Xankəndi - qədim Azərbaycan diyarıdır.İgid oğullarımızın qəhrəmanlığı, şücaəti , prezidentimizin uzaqgörən siyasəti nəticəsində biz torpaqlarımızın bütövlüyünü təmin etdik. Tarixin gerçəkliyini özünə qaytardıq.Ulu babalarımız tərəfindən əsası qoyulmuş Xankəndimizdə qəhrəman şəhidlərimizin övladları ilə birgə futbol matçını seyr edən prezident İlham Əliyev sübut etdi ki, Qarabağ bizim tarixi keçmişimiz ,əzəli , doğma yurdumuzdur.Ermənistana bir daha göstərdik ki,Qarabagımizi ancaq Azərbaycan xalqının övladları sahiblənə bilər.Qarabağın hər bucağında olduğu kimi bugünkü oyunun keçirildiyi stadionda da indi tarixin qara səyfələrinə basdırılmış separatçı qüvvələrin bu torpaqlarda izləri var idi. Onların bayraq adlandırdığı bez parçaları, şüarları bu stadiondan olduğu kimi torpağımızın hər qarışından silinib.Bu gün keçirilən oyunun tarixdə yeni iz qoyacağını vurğulayan Prezident İlham Əliyev, Ağdamda "İmarət" stadionunun yenidən inşasına başlanılacağı ilə bağlı şad xəbəri Xankəndi stadionunda açıqlayıb. Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı.Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi.Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025