Mobil versiya
Qardaşxan Əhmədlinin torpağa tapşırıldığı gündən üç il ötdü
Tarix: 21-12-2023 | Saat: 13:30
Bölmə:Özəl | çapa göndər

Qardaşxan Əhmədlinin torpağa  tapşırıldığı gündən üç il ötdü

Vətən sevdalısı
Qardaşxan Elxan oğlu Əhmədli İkinci Qarabağ müharibəsində  haqq  savaşımızda qəhrəmanlıq göstərib ad qoymuşdur.  Lənkəran rayonunda dünyaya  göz açan, 24 yaşında canını Vətənə fəda  edən igid indi bütün Azərbaycanın qürur yeridir. Qardaşxan  Aprel döyüşlərin iştirakçı olur. Müharibə meydanında yağını əzməklə Vətənə sevgisini bildirir. Daha sonra İkinci Qarabağ müharibəsi başlanan gündən müqəddəs Vətən torpaqların azadlığı naminə odun-alovun içinə atılır. Köksündə əsl qəhrəman ürəyi döyünən Qardaşxan Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə yağıya qan qusdurur. Azərbaycanın üçrəngli aylı-ulduzlu qələbə bayrağı hər dəfə Vətən torpaqlarında dalğalananda ürəyi dağa dönür, qollarına yeni güc gəlir. Təəssüf  ki, Xocavənddə özünü yağı gülləsindən qoruya bilmir. Əbədiyyət adlı dünyasına qovuşandan sonra Bakıya gətirilir, Binə qəsəbəsində  yerləşən  Şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidimizdən bir qız övladı bizə yadigar qalıb.
Xalq indi öz igid oğlunu ürəyində yaşadır. Dövlət tərəfindən isə müharibə zamanı şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına , “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2025