Ana Sayfa > Özəl > Qardaşxan Əhmədlinin torpağa tapşırıldığı gündən üç il ötdü
Qardaşxan Əhmədlinin torpağa tapşırıldığı gündən üç il ötdü21-12-2023, 13:30. Yazar: sevinc1 |
![]() Vətən sevdalısı Qardaşxan Elxan oğlu Əhmədli İkinci Qarabağ müharibəsində haqq savaşımızda qəhrəmanlıq göstərib ad qoymuşdur. Lənkəran rayonunda dünyaya göz açan, 24 yaşında canını Vətənə fəda edən igid indi bütün Azərbaycanın qürur yeridir. Qardaşxan Aprel döyüşlərin iştirakçı olur. Müharibə meydanında yağını əzməklə Vətənə sevgisini bildirir. Daha sonra İkinci Qarabağ müharibəsi başlanan gündən müqəddəs Vətən torpaqların azadlığı naminə odun-alovun içinə atılır. Köksündə əsl qəhrəman ürəyi döyünən Qardaşxan Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə yağıya qan qusdurur. Azərbaycanın üçrəngli aylı-ulduzlu qələbə bayrağı hər dəfə Vətən torpaqlarında dalğalananda ürəyi dağa dönür, qollarına yeni güc gəlir. Təəssüf ki, Xocavənddə özünü yağı gülləsindən qoruya bilmir. Əbədiyyət adlı dünyasına qovuşandan sonra Bakıya gətirilir, Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidimizdən bir qız övladı bizə yadigar qalıb. Xalq indi öz igid oğlunu ürəyində yaşadır. Dövlət tərəfindən isə müharibə zamanı şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına , “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülür. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |