Mobil versiya
Putin Qarabağla bağlı yenə Ermənistanı günahlandırdı
Tarix: 14-12-2023 | Saat: 18:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin Qarabağla bağlı yenə Ermənistanı günahlandırdı

Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır.

aia.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin bu barədə ilin yekunlarına dair mətbuat konfransında deyib.

O, qeyd edib ki, Ermənistanda Qarabağla bağlı sadə proseslər yoxdur: "Bunu hamımız başa düşürük. Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır. Onlar əslində bunu öz təşəbbüsləri ilə ediblər və belə bir qərara hazırlaşdıqlarını bizə bildirməyiblər. Bunun həm müsbət, həm də mənfi tərəfləri olduğu üçün bu, sadəcə bir faktdır. Bu baş verdi və indi Ermənistanda daxili siyasi proseslər mürəkkəbdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025