İngiltərə, Yaponiya və İtaliya ən son gizli qırıcı yaradacaq
Tarix: 14-12-2023 | Saat: 09:58
Bölmə:Özəl | çapa göndər
Böyük Britaniya, Yaponiya və İtaliya innovativ səsdən sürətli gizli qırıcının yaradılması üçün aviasiya müqaviləsi imzalayıb. RİA Novosti-nin Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, tərəflər onun ilk uçuşunu 2035-ci ilə qədər həyata keçirəcəyinə ümid edirlər. Sazişin imzalanması Tokioda baş tutub, burada ölkənin müdafiə naziri Qrant Şapps həmkarları - Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Minoru Kihara və İtaliyanın müdafiə naziri Qvido Krosetu ilə görüşüb. Birgə inkişaf mərhələsinin 2025-ci ildə başlaması planlaşdırılır.
Təyyarə dünyada xidmətdə olan ən qabaqcıl döyüş təyyarələrindən birinə çevrilməlidir. Onun bu gün mövcud sistemlərdən 10 min dəfə çox məlumat verə biləcək ən son yüksək güclü radarla təchiz ediləcəyi gözlənilir.Layihənin baş ofisi Böyük Britaniyada yerləşəcək. İnkişafa Rolls-Royce, Leonardo UK və MBDA UK ilə sıx əməkdaşlıqda BAE Systems rəhbərlik edəcək. Onlar Yaponiya və İtaliyanın aparıcı şirkətləri ilə birgə işləyəcəklər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025