Mobil versiya
Sabah hava necə olacaq?
Tarix: 17-09-2026 | Saat: 13:17
Bölmə:Ölkə | çapa göndər

Sabah hava necə olacaq?

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026