Mobil versiya
Tramp saxtakarlıq işi üzrə ifadə verməkdən imtina etmək qərarına gəlib
Tarix: 11-12-2023 | Saat: 08:46
Bölmə:Özəl | çapa göndər

Tramp saxtakarlıq işi üzrə ifadə verməkdən imtina etmək qərarına gəlib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Tramp Təşkilatının aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə Nyu-York məhkəməsində daha ifadə verməmək qərarına gəlib.
Ağ Evin keçmiş rəhbəri Donald Trampın Nyu Yorka gələrək Tramp Təşkilatının aktivlərinin qiymətləndirilməsində saxtakarlıq işi ilə bağlı bazar ertəsi, dekabrın 11-də məhkəmədə ifadə verməsi gözlənilirdi.

Lakin Tramp ifadə verməmək qərarına gəlib. Milyarderin sözlərinə görə, o, artıq bütün mümkün ifadələrini verib və başqa deyəcək sözü yoxdur.

Həmçinin siyasətçi özünün Truth Social sosial şəbəkəsində bu prosesi seçkilərə tam müdaxilə və cadugər ovu adlandırıb.Nyu-York prokurorluğu 2022-ci ilin sentyabrında ABŞ-ın keçmiş prezidenti və onun şirkəti olan Trump Organization-a qarşı məhkəmə iddiası qaldırıb. Dövlət vəkili Letitia Jamesin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini şişirdib. Xüsusilə, Trampın Floridadakı mülkünün, Manhettendə Trump Tower göydələnindəki mənzillərinin, ofis binalarının və qolf meydançalarının qiymətinin şişirdildiyi iddia edilir. Siyasətçinin müdafiəsi ittihamların əsassız olduğunu, əmlakın qiymətinin zamanla müxtəlif səbəblərdən dəyişə biləcəyini təkid edir.
Bu iş üzrə məhkəmə prosesinin dekabrda yekunlaşacağı gözlənilir. Mülki işlərə həbs cəzası və ya siyasi fəaliyyətlə bağlı məhdudiyyətlər daxil deyil.

Bundan əvvəl Trampın reytinqinin ABŞ prezident seçkiləri öncəsi ilk dəfə Baydeni üstələdiyi bildirilirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə