Mobil versiya
Vüsalə Əlizadə ilə bağlı gözlənilməz xəbər - Aparıcıdan ilk reaksiya
Tarix: 17-09-2026 | Saat: 15:01
Bölmə:Şou-biznes | çapa göndər

Vüsalə Əlizadə ilə bağlı gözlənilməz xəbər - Aparıcıdan ilk reaksiya

Aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə Xəzər TV-də olmayacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib.

aia.az xəbər verir ki, aparıcı sosial media hesabında Xəzər TV-nin binasının görüntüsünü paylaşaraq kanal ilə bağlı planını nümayiş etdirib. Paylaşımından onun yeni mövsümdə də Xəzər TV-də fəaliyyət göstərəcəyi məlum olub.

Vüsalə Əlizadənin kanalın yeni mövsüm anonslarında görünməməsi onun Xəzər TV-dən ayrılacağı barədə söz-söhbətlərə səbəb olmuşdu. Həmçinin aparıcıya ARB TV-dən təklif gəldiyi iddia edilirdi.

Qeyd edək ki, Vüsalə Əlizadə uzun müddət Xəzər TV-də yayımlanan “İncə səhər” proqramının aparıcısı olub. Aparıcı ötən mövsüm səhhəti ilə əlaqədar səhər efirindən uzaqlaşdığını bildirmişdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026