Misgər Məmmədov: “Azərbaycanda intibah və milli şüurun oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamışdır”
Tarix: 06-12-2023 | Saat: 17:59
Bölmə:Özəl | çapa göndər
Azərbaycan xalqı hər il dekabr ayının 12-də özünün dahi xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini sonsuz ehtiram və minnətdarlıq hissi ilə anır. Saytımızın bugünkü buraxılışında Ümummilli Liderin anım günü ilə əlaqədar suallarımızı ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov cavablandırır.
- Misgər müəllim, Azərbaycan xalqı Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda Heydər Əliyev İli elan olunmuş 2023-cü ili böyük tarixi nailiyyətlərlə başa vurmaq üzrədir. Bu baxımdan Ulu Öndərimizin anım gününün məhz belə bir möhtəşəm ildə qeyd olunmasını necə şərh edə bilərsiniz?
- Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət Ümummilli Liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız Ulu Öndərimizin ən böyük əsəridir. Heydər Əliyev müstəqil respublikamızın qurucusu və memarıdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması da birmənalı olaraq Azərbaycan xalqının öz böyük oğluna tükənməz sevgisinin və sonsuz ehtiramının bir təzahürüdür.
- Sizin təhsil sahəsində çalışdığınızı nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müasir təhsil sisteminin qurulmasında rolu və xidmətləri barədə fikirlərinizi öyrənmək istərdim.
- Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi həssaslıqla yanaşmış, bu sahəyə hər zaman böyük diqqət və qayğı göstərmiş, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün əlindən gələn hər şeyi etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin respublikamızın təhsil sisteminə göstərdiyi bu diqqət və qayğısının nəticəsi olaraq, 1969-1982-ci illərdə Azərbaycanda çox sayda məktəb binaları tikilərək istifadəyə verilib. Yenə də həmin illərdə ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza savadlı, bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində – Moskva, Leninqrad, Kiyev, Minsk kimi elm və mədəniyyət mərkəzlərində ali təhsil alması üçün Ulu Öndərin etdiklərini bu gün də həmin nəsilin nümayəndələri minnətdarlıq hissi ilə xatırlayırlar. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra ölkəmizə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət və qayğı göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz paylanıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu, təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı.
- Misgər müəllim, xalqımızın Heydər Əliyev İlində əldə etdiyi ən önəmli nailiyyətlər kimi hansı hadisələri qeyd etmək istərdiniz?
- Danılmaz bir həqiqətdir ki, bu gün müasir Azərbaycanın mövcudluğu da, müstəqilliyi də, imza atdığı bütün möhtəşəm uğurları və parlaq qələbələri də yalnız Ulu Öndərimizin 1993-2003-cü illərdə göstərdiyi misilsiz fəaliyyəti nəticəsində və 2003-cü ildən sonra ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi xətti sayəsində əldə olunmuşdur. Azərbaycan xalqı bir daha Heydər Əliyev İlində əldə etdiyi möhtəşəm zəfərlərlə öz dahi xilaskar oğlunun ideallarına sadiqliyini və bu idealların real gücünü bütün dünyaya nümayiş etdirdi. 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan Bayrağını məhz Heydər Əliyev ilində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə qaldırmaqla ölkəmizin öz suverenliyini tam bərpa etdiyi barədə dünyaya ən önəmli mesajını göndərdi. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, müstəqil və güclü bir dövlət olaraq dünya birliyində nüfuzlu söz sahiblərindən birinə çevrilmişdir. Bütün bu mütərəqqi proseslər bir daha təsdiqləyir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və bu siyasi kurs ölkəmizin firavan gələcəyini təmin edəcək yeganə doğru konsepsiyadır.
- Misgər müəllim, dolğun müsahibənizə və səmimi cavablarınıza görə Sizə təşəkkür edirəm. Sağ olun.
- Mən də sizə öz minnətdarlığımı bildirirəm, çox sağ olun.
Söhbətləşdi
Qəhrəman Cəfərov
Cabir Həsənov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025
17:12 İlk siyasi hüquqi qiymət