Mobil versiya
YAP Şirvan şəhər təşkilatının inzibatı binasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 07-12-2023 | Saat: 17:05
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Şirvan şəhər təşkilatının inzibatı binasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

aia.az xəbər verir ki, 07 dekabr 2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının inzibatı binasında YAP Şirvan şəhər təşkilatı və Şirvan Uşaq Musiqi Məktəbi YAP ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən Elə Bir Zirvəsən” adlı mahnı və muğam müsaqibəsində fəal iştirak edən və qaliblərin mükafatlandırılması keçirilib.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov, Şirvan Uşaq Musiqi Məktəbinin musiqi müəllimləri İrşad İbişov və İlham Salmanov, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva və müsabiqə iştirakçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov tədbir iştirakçılarını salamlayaraq, müsabiqədə qalib olan iştirakçıları təbrik edib, iştirakçılara uğurlar arzu etdi.
Sonra Şirvan şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasov çıxış edərək, Ulu Öndərin daim mədəniyyətimizin himayədarı olması, sənət adamlarının qayğısına qalması və bir çox mədəniyyət xadimlərinə fəxri adlar verilməsində də Ulu Öndərin böyük rolu olmasını qeyd edərək, şəhərimizdə gənc müsiqiçilərimizin yetişməsi, ümumşəhər tədbirlərində musiqiçilərin fəal iştirak etməsindən, musiqiyə göstərilən dəyəri yüksək qiymətləndirilməsindən və bu cür keçirilən musiqili tədbirlərdə gənc istedların üzə çıxaraq gələcəkdə şəhərimizi respublika səviyyəli müsabiqələrdə uğurla təmsil edəcəklərinə inandığını vurğulayaraq, iştirakçılara uğurlar arzu etdi.
Daha sonra müsabiqədə fəal iştirak edənlərə təşəkkürnamə, qaliblər isə diplomla təltif olundu.
Tədbir qaliblərin ifası ilə davam etdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024