ABŞ hakimiyyəti korrupsiya ilə mübarizə üçün Ukraynaya müşavir göndərəcək
Tarix: 07-12-2023 | Saat: 11:04
Bölmə:Özəl | çapa göndər
ABŞ hakimiyyəti Ukraynanın hərbi sənaye kompleksini dəstəkləmək üçün yeni tədbirlər görür, Ağ Evin bəyanatında deyilir. Təşəbbüs çərçivəsində dövlət başçısının administrasiyası Konqreslə birlikdə Kiyevə yerli hakimiyyət orqanlarına, o cümlədən korrupsiyaya qarşı mübarizədə kömək edəcək müşavir göndərmək niyyətindədir.Ağ Evin bəyanatında deyilir: “[Birləşmiş Ştatlar] qarşılıqlı fəaliyyət göstərən orduya keçidi dəstəkləmək və sürətləndirmək, korrupsiya ilə mübarizə aparmaq və mühüm sənaye sahələrinə xarici investisiyaları cəlb etmək üçün Ukraynanın Strateji Sənaye Nazirliyinə məsləhətçi göndərməyi planlaşdırır”.Amerika administrasiyası izah edib ki, görülən tədbirlər həm Ukraynanı “qısa müddətdə döyüş meydanında uğur əldə etmək üçün” tələb olunan vəsaitlə təmin etmək, həm də uzunmüddətli iqtisadi bərpa və ölkənin müdafiəsini dəstəkləmək məqsədi daşıyır. Bu məqsədlər üçün xüsusilə Pentaqon Kiyevə “FrankenSAM-ın bəzi layihələri çərçivəsində istehsala başlamaq üçün texnoloji məlumatlar” təqdim edib. Güman edilir ki, bu sistemlərin Ukrayna və ABŞ-da paralel istehsalı Kiyevə “hava hücumundan müdafiə sistemlərinin dəstəklənməsinə ciddi töhfə verməyə” imkan verəcək.
Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, ABŞ və Ukrayna nümayəndələri müəyyən silah növlərinin birgə istehsalı və texniki məlumatların mübadiləsi barədə razılığa gəliblər. ABŞ müdafiə departamentinin rəhbəri Lloyd Ostin xarici silah ustaları ilə əməkdaşlığın Ukrayna üçün “ehtiyat hissələrinin ehtiyac duyulan yerə daha yaxın istehsalına yol açacağı” fikrini ifadə edib. Öz növbəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, Ukraynanın silah istehsalında özünü daha çox təmin etməsi ABŞ və Qərb ölkələrindən yeni silah təchizatına uzunmüddətli ehtiyacları azaldacaq.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025