Həmrəylik və birlik nümunəsi
Tarix: 06-12-2023 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər
Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən əks-hücum əməliyyatarı ilə noyabr ayında tarixi qələbəyə imza atdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Beləliklə, Silahı Qüvvələrimizin və müzəffər ordumuzun şanlı qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Zəfər paradınadək isə xalqımızın və ordumuzun bu qələbəyə inamlı olmasının şahidinə çevrildik. Ona görə deyə bilərik ki, döyüşlər gedən 44 günün hər anı şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji əhəmiyyətli yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: “İşğala son qoyulsun - tarixi ədalət zəfər çalsın!”
Əsasını Heydər Əliyevin qoyduğu ordu quruculuğumuz Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu dövr ərzində inkişaf etdirilmiş, muasir standartlara cavab verən silahlar və artilleriya, eyni zamanda müxtəlif tip qoşun növləri ilə düşmən ordusunun önünə çıxmışdı. Əsgər və zabitlərimiz 44 gün ərzində Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu və aşılmaz hesab etdiyi istehkamları yararaq keçdi.2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi. Azərbaycan Prezidenti İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: “...Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq...”
Bu bir daha onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında,həm də siyasi müstəvidə qazandı.Sonra paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi.O,çıxışında demişdir:" Bu Zəfər Günümüzdə sizlərlə birlikdə böyük məmnunluq duyuruq.Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm.Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Ə.Cavad bəyin ruhu şad olduğu gündür.Bu gün Nuru Paşanın, Ənvər Paşanın,Qafqaz İslam ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür.Bu gün Azərbaycan şəhidlərinin Sərdarı M.İbrahimovun ruhunun şad olduğu gündür.Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür". Zəfər Paradında 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi."Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqilAzərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminib də əyani təsdiqidir. Zəfər Müharibəsində əldə etdiyimiz qələbənin əbədiliyinin təmin olunması istiqamətində daha da sıx birləşməyi şəhidlərimizin müqəddəs ruhları bizlərdən tələb edir. 23 saat 43 dəqiqə…Azərbaycanın Qarabağ iqtisadi rayonunda bu ilin 20 sentyabr tarixində başlatdığı lokal antiterror əməliyyatı, məhz bu qədər vaxt davam etdi. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu mühtəşəm qələbə qazandı. Bununla da, biz cənab Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt edəcəyimi, bunu mən bilirəm”ifadəsinin növbəti dəfə öz təsdiqini tapdığının şahidi olduq.Faktiki olaraq, Azərbaycan noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış Üçtərəfli bəyanatdan irəli gələn və 3 ildir ki, yerinə yetirilməyən 4-cü bəndi uğurla icra etdi. Əməliyyatların uğurla başa çatması, separatçıların təslim olması və özlərini qondarma rejimin rəhbərləri kimi qələmə verən hərbi cinayətkarların həbs edilərək Bakıya gətirilməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin növbəti təntənəsidir. Artıq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri o yerləri yenidən öz əvvəlki görkəminə qaytarır. Aparılan sürtəli quruculuq işləri bizi müqəddəs hədəflərimizə daha da yaxınlaşıdırır. O, hədəflər arasında uzun illərdir blokada şəratində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücü ilə çalışır.
Bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025
17:12 İlk siyasi hüquqi qiymət