Mobil versiya
Bəyannamələrini imzalanması yeni siyasi mühitin yarandığını rəsmən təsdiq edir- Qht sədri
Tarix: 22-02-2022 | Saat: 21:00
Bölmə:Seçki 2024 | çapa göndər

Bəyannamələrini imzalanması yeni siyasi mühitin yarandığını rəsmən təsdiq edir- Qht sədri

Bəyannamənin gələcəkdə yarana biləcək hər bir təhlükə və təhdidin qarşısının alınmasında mühüm əhəmiyyəti var: “Prezidentimiz də Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb, onun siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyini bildirib. Rusiya dünyanın ən güclü və söz sahibi olan dövlətlərindən biridir. Bir sözlə, beynəlxalq hüquq və normaları əsasında hazırlanmış Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətləri keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə yüksəldir. Tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən bu Bəyannaməyə əsasən, münasibətlərin hər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair Azərbaycan və Rusiya konkret öhdəlik götürür. Ümumiyyətlə, həm Şuşa Bəyannaməsi, həm də Moskva Bəyannaməsi Azərbaycanı getdikcə dünyada artan qlobal təhlükə və təhdidlərdən müdafiə etmək üçün ali sənədlərdir. Azərbaycanın milli maraqlarının əks olunduğu əməkdaşlıq nümunələri dövlətimizin gələcəyi üçün ciddi töhfələrdir. Tükiyə ilə imzalanmış Şuşa Bəyənnaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmanın yeni siyasi əsas oyunçuları Azərbyacan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycan hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması yeni siyasi mühitin yarandığını rəsmən təsdiq edir”.

Etibar Məmmədov
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024